110 azərbaycanlı xilasedici Kahramanmaraşdan Hataya göndərilib

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq FHN tərəfindən Türkiyəyə göndərilən xilasetmə və tibbi personal, humanitar yardım barədə ümumiləşdirilmiş məlumat yayılıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Xilasetmə və tibbi personal
760 nəfər
Xilasetmə iti
8 baş
Mobil səhra hospitalı (7 konteynerlə)
2 ədəd
Xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi
3 ədəd
Çadır (müxtəlif ölçülü)
2630 ədəd
Qızdırıcı
707 ədəd
Çarpayı
540 ədəd
Böyük gücə malik generator
5 ədəd
Ədyal
724 ədəd ədyal, 724 ədəd ədyal üzü
Geyim dəsti
8000 ədəd
Corab (cüt)
20000 ədəd
Masa
650 ədəd
Oturacaq
2000 ədəd
İplik dəsmal
7000 ədəd
və digər ləvazimatlar
Kahramanmaraşda keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfər sağ, 741 nəfərin isə cəsədi çıxarılıb.
Kahramanmaraş rayonunda fəaliyyət göstərən mobil səhra hospitalında bugünədək 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən artıq şəxs axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataya göndərilib.