Xorvatiyada güclü zəlzələ olub

Bu gün Xorvatiyada 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Zəlzələnin episentri 3,7 min nəfərin məskunlaşdığı Krk şəhərindən 4 km şərqdə yerləşir. Ocaq 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar haqqında məlumat daxil olmayıb.