"Apple" və "Google" hər 4,5 dəqiqədən bir istifadəçi məlumatları toplayır
"Android" mobil cihazları və "iPhone" smartfonları istifadəçi məlumatlarının "Apple" və "Google" ilə mübadiləsini orta hesabla hər 4,5 dəqiqədən bir aparır.
Bu barədə Dublinin "Trinity College" mütəxəssisləri tərəfindən aparılan araşdırmasında deyilir.
İstifadəçi məlumatlarının toplanmasında "Apple" və "Google" arasında bir o qədər də fərq olmasa belə, "Google" cihazlarının "Apple" smartfonlarından daha çox məlumat topladığı bildirilir. Belə ki, istifadə olunmadığı halda "Google Pixel" smartfonları "iPhone"lardan göndərilən 52 Kb ilə müqayisədə hər 12 saatda 1 Mb məlumat göndərir.