Türkiyədə zəlzələdən 212 saat sonra 77 yaşlı qadın xilas edilib

Türkiyədə, Adıyamanda yaşayış binasının dağıntıları altından 77 yaşlı Fatma Güngör zəlzələdən 212 saat sonra xilas edilib.
Bu barədə Anadolu məlumat yayıb.
Güngör təcili yardımla xəstəxanaya aparılıb.
Qeyd olunur ki, "Əsrin fəlakəti" olaraq adlandırılan Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkən Adıyamanda dağılmış binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.