Suriyada zəlzələdə ölənlərin sayı 427-yə çatıb
Suriyada güclü zəlzələdə ölənlərin sayı artmağa davam edir.
APA xəbər verir ki, Suriya dövlət televiziyası zəlzələ nəticəsində ölənlərin sayının 427-yə çatdığı barədə məlumat yayıb.
Türkiyədə minik və yük avtomobilləri toqquşub, 5 nəfər ölüb
Akar Nargin adasında saxlanılan əsgərlərə yardımla əlaqədar Azərbaycan xalqına təşəkkür edib
Türkiyə müxalifəti gələn ay prezident seçkilərindəki namizədini açıqlayacaq
Xəbərdə 600 nəfərin yaralandığı bildirir.
***
10.26
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.
APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.
Zəlzələ zamanı yaralananların sayı 639-a çatıb.
Xatırladaq ki, Türkiyədə 7,4 bal gücündə baş verən zəlzələ qonşu Suriyada da ciddi dağıntılara yol açıb.
***
09:36
Suriyada da zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı çoxalıb.
APA-nın “Anadolu”ya istinadən xəbərinə görə, Suriyanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrindən olan Azaz və Əl-Bab şəhərlərində ölənlərin sayı 100-ü keçib.
Zəlzələ nəticəsində xəsarət alanlar isə 334 nəfərdir. Hazırda dağıntıların altında qalan şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır.
***
08:18
Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.
APA-nın Frans-Presə istinadla xəbərinə görə, Suriyanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrində onlarla tikili dağılıb. Azaz və Əl Bab şəhərlərində ilin məlumata görə azı 42 nəfər ölüb. Ölənlərin və xəsarət alanların sayının artacağı istisna edilmir.
Suriya Dövlət Televiziyası Latakiya və Hamada çox sayda binanın dağıldığını xəbər verib.











