Kiyevdəki vertolyot qəzası- 3 nəfər həyatını itirdi (YENİLƏNİB)

Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı 3 nəfər həlak olub.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev Polisi məlumat yayıb.
Bildirilib ki, uşaq bağçasına vertolyot düşməsi və yaranan yanğın nəticəsində azı 3 nəfər həyatını itirib.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə zamanı 5 nəfərin yaralandığı barədə də məlumat verilmişdi.
***
11:24
Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı xəsarət alanlar olub.
Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
Bildirilib ki, vertolyotun uşaq bağçasına düşməsi nəticəsində 5 nəfər yaralanıb. Ölənlərin də olduğu deyilir.
Kiyev vilayətinin hərbi administrasiya rəhbəri Oleksi Kuleba, həmçinin prezident Volodimir Zelenskinin ofisi faktı təsdiqləyib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
***
11:08
Ukraynanın paytaxtı Kiyev ətrafındakı Brovar yaşayış məntəqəsində uşaq bağçalarından birində yanğın baş verib.
Modern.az "Unian"a istinadən xəbər verir ki, hadisə əraziyə uçan obyektin düşməsi nəticəsində olub.
Daha sonra məlum olub ki, bağçaya düşən vertolyot olub. Əhali ərazidən təxliyə olunub.
Detallar araşdırılır.