Həcc ziyarəti ilə bağlı COVID-19 məhdudiyyətləri aradan qaldırılacaq

Səudiyyə Ərəbistanı hakimiyyəti 2023-cü ildə Həcc ziyarətinin təşkili zamanı COVID-19 ilə əlaqədar tətbiq etdiyi məhdudiyyətləri aradan qaldıracaq.
Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi elan edib.
“Həcc ziyarətinə gedənlərin sayı koronavirusdan əvvəlki səviyyəyə qayıdacaq və heç bir yaş məhdudiyyəti olmayacaq", - nazirliyin rəhbəri Tofiq əl-Rabia nazirliyin tviter hesabında bildirib.
Qeyd edək ki, keçən il Səudiyyə Ərəbistanında bir milyon zəvvar müqəddəs Məkkə və Mədinəyə Həcc ziyarətində iştirak edib.