Dünyada koronavirusa yoluxanların sayı 600 milyonu keçib
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 600 milyon nəfəri ötüb.
"Worldometers" portalına istinadən verilən məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 602 906 058 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 6 477 778 nəfəri ölüb, 577 656 151 nəfəri isə sağalıb.
Məlumata əsasən, ən çox yoluxma halları ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Cənubi Koreyada qeydə alınıb.