ÜST “buster” doza ilə bağlı tövsiyələr verib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) payız fəsli üçün “buster” doza ilə bağlı tövsiyələr verib.
ÜST-ün Azərbaycan Nümayəndəliyindən verilən məlumata görə, COVID-19 vaksinasiyası ilə bağlı cari vəziyyət qurumun Avropa regionunda xəstəliyin mövcud və proqnozlaşdırılan epidemiologiyası və "Omikron" ştamına qarşı peyvəndin effektivliyinə dair sübutlara əsaslanaraq, İmmunlaşdırma üzrə Avropa Texniki Məsləhət Qrupu (ETAGE) üzv dövlətlərə yerli vaksinasiya strategiyasına uyğun olaraq müvafiq qrupların COVID-19 peyvəndinin ilkin 2 dozası və 1-ci “buster” dozasının qəbul edilməsi ilə bağlı səyləri gücləndirməyi tövsiyə edir.
Bununla yanaşı, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır.