Dünya əhalisinin sayı 8 milyarda çatacaq
Bu il noyabrın 15-də dünya əhalisinin sayı 8 milyarda çatacaq, 2023-cü ildə Hindistan dünyanın əhalisi ən çox olan ölkəsinə çevriləcək.
Bu proqnoz Birləşmiş Millətlər Təşkilatının noyabrın 11-də – Ümumdünya Əhali Günündə dərc etdiyi “World Population Prospects 2022” məruzəsində yer alıb.
BMT-nin Baş katibi Antonio Quterriş bildirib ki, ömür uzunluğu, uşaq və ana ölümlərinin azalması səhiyyə sahəsində nailiyyətlərə gətirib çıxarıb:
"Hazırda 1950-ci illərdən bəri dünyada doğumun ən az artımı müşahidə edilir. Son onilliklərdə bir çox ölkələrdə doğum əhəmiyyətli dərəcədə azalıb. Təşkilatın son proqnozlarına əsasən, dünya əhalisinin sayı 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard təşkil edəcək, bundan sonra 10,4 milyarda çatacaq və 2100-cü ilə qədər bu həddə qalacaq".
Proqnoza görə, əhalinin proqnozlaşdırılan artımının yarıdan çoxu səkkiz ölkədə - Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Tanzaniya və Filippində cəmlənəcək.