ÜST mənşəyi məlum olmayan virusu ARAŞDIRIR
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mənşəyi məlum olmayan hepatit halları ilə bağlı araşdırmalar aparırı.
Bunu ÜST-ün baş elmi işçisi Filippa İsterbruk bildirib.
ÜST rəsmisi indiyədək dünyada mənşəyi məlum olmayan 160-a yaxın kəskin hepatit halının təsdiqləndiyini açıqlayıb.
O bildirib ki, bu xəstəliyin bir sıra müxtəlif amilləri, mümkün yoluxucu və qeyri-infeksion mənbələri nəzərdən keçirilir.
"Hazırda kəskin viral hepatitlərə (A, B, C, D və E) səbəb olan viruslar aşkar edilməyib. Mədə pozğunluğu və ya qastroenteritə səbəb olduğu bilinən heç bir bakteriya və ya virus müəyyən edilməyib", - İsterburk qeyd edib.