Bolqarıstan öz limanlarını Rusiya gəmiləri üçün bağlayıb
Bolqarıstan öz limanlarına Rusiya gəmilərinin girişinə qadağa qoyub.
Trend "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Dəniz Administrasiyasından bildiriblər.
"Rusiya bayrağı altında üzən, habelə Rusiya bayrağını və ya qeydiyyatını fevralın 24-dən sonra hər hansı başqa dövlətin bayrağına və ya qeydiyyatına dəyişdirmiş bütün gəmilərin Bolqarıstanın dəniz və çay limanlarına girişi qadağandır", - deyə Administrasiyadan bildirilib.
Qeyd edilir ki, qəza vəziyyətində olan və ya humanitar yardıma ehtiyacı olan, həmçinin Aİ-yə enerji, qida və dərman daşıyan gəmilər üçün istisna ediləcək.