“Coca-Cola” Rusiyada fəaliyyətini dayandırır
“Coca-Cola” şirkəti Rusiyadakı fəaliyyətini dayandırmaq qərarına gəlib.
Şirkət bununla bağlı bəyanat yayıb.
Qeyd olunub ki, “Coca-Cola” Rusiyadakı fəaliyyətini dayandırdığını elan edir: “Ürəyimiz Ukraynada baş verən faciəli hadisələrin inanılmaz nəticələrini yaşayan insanların yanındadır”.
Diqqətə çatdırılıb ki, vəziyyət dəyişdikcə monitorinq və qiymətləndirmələri davam etdirəcəklər.