Rusiyadakı pişik və itlər də sanksiyalara məruz qalıb
Beynəlxalq Pişiklər Federasiyası (FIFe) Rusiyadan olan pişiklərin beynəlxalq sərgilərdə iştirakına qadağa qoyub.
Bu barədə qurumun açıqlamasında bildirilir.
"Martın 1-dən etibarən Rusiyada yetişdirilən heç bir pişik Rusiyadan kənara çıxarıla və Beynəlxalq Pişiklər Federasiyasının heç bir damazlıq kitabında qeydiyyata alına bilməz. Rusiyada yaşayan sahiblərinə məxsus heç bir pişik Rusiyadan kənarda heç bir FIFe sərgisində təmsil oluna bilməz", - bəyanatında deyilir.
Bundan əvvəl Ukraynadakı münaqişə ilə əlaqədar Beynəlxalq Kinologiya Federasiyası (FCI) tərəfindən də məhdudiyyətlər qoyulub. Federasiya Rusiya ərazisində titulların və ya FCI mükafatlarının verildiyi hər hansı tədbirin keçirilməsini qadağan edib.