Dünyada koronavirusdan ölənlərin sayı 4 faiz artıb - ÜST
Son bir həftə ərzində dünyada 16 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 74 mindən artıq insan isə koronavirusdan ölüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 19 faiz azalıb, ölüm hallarının sayı isə 4 faiz artıb.
"Fevralın 7-dən 13-dək koronavirusa 16 097 642 nəfər yoluxub, 74 494 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqayisədə. Daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 19 faiz azalıb, ölüm hallarının sayı isə 4 faiz artıb", - deyə bülletendə deyilir.
Qeyd edək ki, son sutka dünyada koronavirusa 1 469 326 yoluxma, 7 351 ölüm halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa yoluxanların sayı 412 351 279 nəfərə, ölənlərin sayı isə 5 821 004 nəfərə çatıb.