Dünyanın ən romantik şəhərləri - TOP-15
ABŞ-ın "WeThrift" şirkəti dünyanın ən romantik şəhərlərinin reytinqini dərc edib. Siyahıda dünyanın 15 meqapolisi yer alıb.
"APA-Economics"in sözügedən reytinqə istinadən verdiyi məlumata görə, siyahı mütəxəssislər tərəfindən şəhərlərdəki sevgililər üçün parkların, restoranların, attraksionların, spa mərkəzləri və hotellərin sayına əsasən tərtib edilib. Birgə vaxt keçirmək variantlarının sayı və şəhərin həşteqləri ilə sosial şəbəkələrdə qeydlər də nəzərə alınıb.
Reytinqin lideri London şəhəri olub. İkinci yerə Paris, üçə isə Barselona layiq görülüb.
Dünyanın ən romantik şəhərinin reytinqi:
# | Şəhər | Bal |
1 | London | 76,5 |
2 | Paris | 76,3 |
3 | Barselona | 66,1 |
4 | Tokio | 65,7 |
5 | Nyu-York | 65,3 |
6 | Roma | 65,1 |
7 | İstanbul | 63,5 |
8 | Moskva | 60,0 |
9 | Dubay | 58,2 |
10 | Sinqapur | 55,5 |
11 | Madrid | 53,7 |
12 | Praqa | 52,9 |
13 | Banqkok | 52,9 |
14 | Phuket | 50,8 |
15 | Los-Anceles | 50,6 |