"Renault"nun satışları azalıb
Ötən il ərzində Fransanın avtomobil istehsalçısı "Renault Group" korporasiyasının qlobal satışları azalıb. Bu, xüsusilə çip təchizatı ilə bağlı problemlərlə bağlı olub. Bununla da, ardıcıl üçüncü ildir, şirkətin qlobal şatışları mənfi dinamika nümayiş etdirir.
"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, hesabat ilində minik avtomobilləri və yüngül nəqliyyat vasitələrinin satışları 4,5% azalaraq 2 696 401 vahid olub.
"Renault" markalı avtomobillərin satışları 5,3% azalıb, "Dacia"nın 3,1%, "Lada"nın isə 0,3% artıb.
Şirkət qeyd edib ki, əsas beş Avropa ölkəsində (Fransa, Almaniya, İspaniya, İtaliya və Böyük Britaniya) pərakəndə satışların payı 58% təşkil edib. Bu, 2019-cu illə müqayisədə 6 faiz bəndi çoxdur.