Gürcüstanda Sarkaşviliyə görə kütləvi aclıq aksiyası BAŞLADI
Gürcüstanda Vahid Milli Hərəkat tərəfindən Mixail Saakaşvili azadlığa buraxılana qədər kütləvi aclıq aksiyası başladılıb.
Modern.az-ın məlumatına görə, Milli Hərəkat Partiyasının sədri Nika Melia aclıq aksiyası dayandırılmayacağını deyib.
Partiya sədri onu da qeyd edib ki, o, heç kəsi kütləvi aclıq aksiyasına qoşulmağa çağıra bilməz, lakin nə qədər çox insan qoşulsa, Mixail Saakaşvili bir o qədər tez azad olunacaq:
“Bu, çətin bir qərardır, lakin bu, konstitusion hüquqdur və zorakılıqdan uzaq bir üsuldur. Bütün dünya görməlidir ki, biz ölkənin üçüncü prezidentinin əsirliyinə dözmürük”.