Ötən həftə dünyada koronavirusdan ölənlərin sayı 6 faiz artıb - ÜST
Son bir həftə ərzində dünyada 3,5 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 51 mindən çox insan isə koronavirusdan ölüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma və ölüm hallarının 6 faiz artıb:
"Noyabrın 15-dən noyabrın 21-dək koronavirusa 3 597 398 nəfər yoluxub, 51 373 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqayisədə 6 faiz çoxdur".