Elbrus dağında çətin vəziyyətdə qalan 5 alpinist ölüb
Elbrus dağında (Rusiyanın Kabarda-Balkar Respublikası) əlverişsiz hava şəraiti səbəbindən 5 rusiyalı alpinist həlak olub.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Alpinist qrupunun tərkibində 19 nəfər olub. Əlverişsiz hava şəraitində yüksək zirvədə qalan alpinistlər kömək istəyiblər.
Rusiyanın FHN-nin xilasediciləri əraziyə cəlb olunub və onların 14-ü tapılaraq xilas edilib. Onlardan bir neçəsinin vəziyyəti orta-ağırdır.