Türkiyə hərbçilərinin ilk qrupu Əfqanıstandan ölkəyə qayıdıb
Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi başlayıb.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Pakistanın paytaxtı İslamabaddan havaya qalxan və içərisində 345 türkiyəli hərbçinin olduğu ilk təyyarə Ankaraya enib.