"Supermen" filminin rejissoru Riçard Donner vəfat edib
Supergücə malik qəhrəman haqqında "Supermen" ("Superman", 1978) filminin rejissoru olan Riçard Donner 91 yaşında vəfat edib.
Bu barədə "Variety" jurnalı məlumat yayıb.
Məlumata əsasən, rejissorun ölümü barədə xəbəri onun şirkəti təsdiqləyib, lakin ölüm səbəbi hələ məlum deyil.
Qeyd edək ki, R.Donner 70-dən artıq film və teleserialın, o cümlədən "Ölümcül silah" ("Lethal Weapon"), "Maverik" ("Maverick", 1994) və "Supermen" ("Superman", 1978) filmlərinin rejissoru olub.