Yaşam koçu, spritual təlimçi Aygün Mehmandarlı: "İnsanların etibarını qazanmaq, onların etibarını qazanmaq əsas iş prinsipimdir"
- Aygün xanım necə oldu ki bu sahəyə gəldiz?
- Hər bir insanın həyatında olduğu kimi, mənim də həyatımda enişlər və yüksəlişlər olub. Bir neçə dəfə özümü biznes sahəsində sınamışam. Hətta qadınlara məxsus olan gözəllik salonu sahibəsi olmuşam. Bu sahələrda uğurla çalışsam da, böyük uğurlara sahib olmamışam. Təsadüfi tanışlıq məni bu sahəyə gəlməyi tövsiyə etdi. Tapdığım rahatlıq və gördüyüm işdən aldığım ruhi qida mənə sübut etdi ki, məhz bu sahə mənimdir. Hiss edirəm ki, özümü həyatda tapmışam.
- Atrıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Elə də uzun müddət deyil. Bir ilə yaxındır. Amma bu bir il mənim üçün çox əhəmiyyətli və uğurlu olub. Sanki 10 ildir bu sahədəyəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Bu işlər çoxsahəlidir. Aldığım bilgilər burda mənim köməyimə gəlir. Mənə pənah gətirmiş insanlarla ünsiyyət yaradıb, inam körpüsü qurmaq, etibar qazanmaq və mənim yanıma gətirmiş olduğu problemləri bir-bir öyrənmək və müalicə qrafiki tərtib edib – şəfalandırma aparmaq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Müraciətlər, insanlar kimi müxtəlifdir. Kimlərsə ailəsindəki anlaşılmamazlıqlarla müraciət edir, kimsə səhhətindəki durumla əlaqədar şikayətlənir, kiminsə sadəcə olaraq mütəxəssis məsləhətinə ehtiyacı olur.
- İş prinsipiniz nədən ibarətdir?
- İnsanların, yəni mənə pənah gətirmiş hər kəsin etibarını qazanıb, problemlərini öyrənmək və şəfalandırma pilləkəni qurmag. Amerikada fəaliyyət göstərən Türk cərrahının sözləri mənim iş prinsipimdir. DƏRDİNİ DEMƏYƏNƏ – DAVA OLMAZ.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Qısa desəm, yeddidən-yetmiş yeddiyə qədər. Bir zamanlar Azərbaycan televiziyasında 7-77 adlı bir müsabiqə keçirilərdi. Həmin müsabiqədə 7 yaşından 77 yaşına qədər olan istedadlı hər kəs iştirak edərdi. Bu gün də pasiyentlərim arasında müxtəlif yaş kateqoriyasına aid insanlar var. Yaşından asılı olmayaraq səhhətində problemi olanlar bu gün daha çoxdur.
- Bir mütəxəssis olaraq nəyə yox deyirsiniz ?
- Nəyə yox….nələrə…Yaşadığımız zamanda "YOX" deyiləsi şeylər çoxdur. Bizim normal həyatımızı korlayan hər bir şeyə "YOX" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq çox güman ki, milyonlardan biriyəm. Əgər şəxsi xarakterdən söhbət gedirsə…Fəaliyyət sahəmdə xarakterimlə müvəqqəti vidalaşıb, pasiyentin xarakterinə uyğunlaşmalı oluram. Bu suala pasiyentlərim düzgün cavab verər.
- Oxuculara nə məsləhət görürsünüz?
- Çalışıb öz səhhətlərinin qayğısına qalsınlar. Səbirli olsunlar, xırda problemləri şişirdib fil boyda etməkdənsə, vaxtında səbirlə həlli yollarını axtarsınlar, mütaliə edib bilgilərini artırsınlar. Siqaret və spirtli içkilərdən uzag olsunlar, sağlam həyat tərzi yaşasınlar və s…
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa
İstəyisiniz ki, bu fikri tamamlayım… Məgər mən bu işi başlayandan bəri alim olmuşam? Ya ki ağlagəlməz uğurlara imza atmışam? Sadəcə olaraq bu sahədə çalışan yüzlər və ya minlərdən biriyəm. Gördüyüm işlərdə hami kimi aldığım təhsilin bazasında qurulub. Əgər Allah bizə qismət edərsə, bu sualı 10 ildən sonra verərsiz.
Əlaqə nömrəsi: (050) 547 12 14
Instagram: @lifecoach__aygun