Mental Arifmetika üzrə təlimçi Çiçək Cəfərova: "Hər bir şagirdimin uğurunun məni bu qədər sevindirəcəyi ağlıma gəlməzdi"
- Çiçək xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Orta məktəb illərindən ən uğurlu olduğum fənn riyaziyyat idi. Uğurlu olmaqla yanaşı çox sevirdim. İmtahan nəticəm də əslində bunun sübutu oldu.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Ümumiyyətlə, bu, düşündürücü bir sualdır. Davamlı, hətta boş saatlarımın çox hissəsini araşdıraraq keçirirəm deyə bilərik. Xüsusən də, bildiyiniz kimi bu yeni bir sistem deyil və artıq dünyanın bir çox ölkəsində populyardı deyə bilərik. Araşdırdıqca daha çox müsbət tərəflərini görürəm. Bu da çox sevindirici bir haldır. Xüsusən də, bunun təlimçisi olaraq məni çox sevindirir.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsip deyə bilərəm ki, düzgün vaxt bölgüsü. İlk olaraq bunu deyə bilərəm. Çünki həyatda normalda da hər işimi saat qrafiki üzrə edirəm. Əlbəttə, müəyyən dərəcədə çətinlikləri var, ancaq mümkünsüz deyil.
- Hansı yaş qrupuna aid uşaqlarla çalışırsınız?
- Normal şagird qəbulu 5-12 yaş arasıdır. Ancaq 4 yaşında şagirdim var idi. Heç bir zaman unutmuram. İlk fərdi başlamışdıq onunla. Qrupa saldığımda isə özündən yaş olaraq digərlərini geridə qoyaraq çox yüksək nəticə əldə etmişdi.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar ən çox diqqət dağınıqlığı və hesablamalarda zəifliklə bağlı müraciətlər daha çoxdur. Ancaq digər faktorlarla da bağlı müraciətlər az deyil. Nəzərə alsaq ki, barmaqlarla sürətli hesablamaq cəmiyyətimizdə çox maraqla qarşılanır.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bəzi müəllimlərin şagirdləri düzgün şəkildə dəyərləndirməməsinin əleyhinəyəm.
- Xarakter olaraq necə birisiniz?
- Qarşımdakı insansana uyğunlaşan biriyəm. "Həyatda hər şeyin qarşılıqlıdır” cümləsi tamamilə həyat prinsipimdir deyə bilərəm.
- Ailəlisinizmi?
- Bəli. Bir qızım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhət görmək istəyərdim ki, əgər bir işi görmək istəyirsinizsə, bu gün görün. Sabaha qalıb həll edilən bir işi görməmişəm bu günə qədər. Məqsədlərimiz də belədir. Qoyduğumuz hər bir daş məqsədimizə bir addım daha yaxınlaşdırır bizi.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu işi seçərkən ağlıma gəlməzdi ki, nəticə əldə etdiyim hər bir şagirdimin uğuru məni bu qədər həyacanlandırar, sevindirər.
Əlaqə nömrəsi: (055) 885 14 45