Nutrisoloq-dietoloq Yeganə Xəlifəli: "Pasiyentlərimə bacardığım qədər qayğı göstərməyə çalışıram"
- Yeganə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməyim Siberian Wells şirkətindən başladı. Orada çox gözəl nəticələr əldə etdim. İndi də nəticələrim yaxşıdır. Bir həftəyə iki, üç, hətta səkkiz kilo atan pasiyentlərim olur. Mən insanları sadə üsullarla arıqlatmaga üstünlük verirəm. Qeyd edim ki, mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya müəllimliyi fakültəsini bitirmişəm. Bundan başqa, ANDOP Silkway sağlamlıq mərkəzində təhsil almışam.
Əlavə olaraq tibbi təhsilim və tibb bacısı diplomum var. Mənim arzum həkim olmaq olub. Amma alınmadığına görə biologiya müəllimi oldum. Hal-hazırda fəaliyyət göstərdiyim sahəni çox sevirəm və öz üzərimdə daima çalışıram.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq səkkiz ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Həm uşaqlarla, həm də böyüklərlə işləyirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Hazır qidalara qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Sadə, səmimi və mülayim bir insanam. Pasiyentlərimə bacardığım qədər qayğı göstərməyə çalışıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Çalışsınlar ki, sağlam qidalardan istifadə etsinlər və sağlam arıqlamğa üstünlük versinlər. Hər gün ən azı on min addım atsınlar.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mənim bu sahəyə gəlməkdə əsas məqsədim artıq çəkidən əziyyət çəkən insanlara kömək etmək olub. Hər zaman istəmişəm ki, insanları maarifləndirmək və onlar istədikləri nəticəyə daha tez çatmasına kömək edim. Şükür ki, istədiyim nəticəni əldə etməyi bacarıram. Ağlıma gəlməzdi ki, bu sahə üzrə davamlı işləyəcəyəm ve insanlara öz məqsədlərinə çatmaq üçün kömək edəcəyəm. Qeyd edim ki, mən insanlara həm həm psixoloji, həm də qidalarla dəstək oluram. Çalışıram ki, ilk növbədə insanlarda olan stressi aradan qaldırım. Çünki əksər hallarda artıq çəkiyə hansısa stress və travma səbəb olur.
Əlaqə nömrələri:
(051) 977 51 62
(077) 555 16 83 (whatsapp)