Loqoped-psixoloq Gülsevər İmanova: "Qısa zaman kəsiyində bu qədər uğur əldə edəcəyim ağlıma gəlməzdi"
- Gülsevər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- İxtisas seçimi olaraq bu sahənin adı daha cəlbedici gəlirdi. Mən də bu barədə məlumatlar əldə etdikcə marağım daha da artdı. Ona görə də bu sahəni ixtisas seçimi zamanı ilk sıralarda qoymuşdum. Həmin sahə üzrə də universitetə qəbul oldum.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Yaş həddindən asılı olmayaraq nitqində problem olan hər hansı bir şəxsləri yərində müayinə edib korreksiya işini həyata keçirdirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Dəqiq diyaqnoz qoymaq və həmin problemi dolayı yolla deyil, qisa zamanda yüksək nəticə əldə edərək həll etmək əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda nitq ləngiməsi, psixoloji ləngimə və ailədaxili problemlərlə bağlı müraciətlər daha çox olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir valideynin uşağın loqopedik və ya psixoloji probleminə laqeyd yanaşmasına "yox", deyirəm. Çox istərdim ki, valideynlər bu məsələdə ayıq-sayıq olsunlar və problemi vaxtında həll etsinlər. Çünki vaxtında olunan müdaxilə və müayinə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Oxuculara nə məsləhət görürsünüz?
- Valideyn olan oxuculara demək istərdim ki, övladlarına qarşı çox diqqətli olsunlar. Bundan başqa, loqopediya və ya psixologiya sahəsi üzrə təhsil almaq istəyənlərə isə məsləhətim budur ki, heç vaxt maddiyyatı düşünməsinlər və bu işi bacarıb-bacarmayacaqlarını öncədən təyin etsinlər. Çünki bu sahə həm çox gözəl, həm də məsuliyyətli bir sahədir. Eyni zamanda da səbr tələb edən bir sahədir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu sahənin mənə bu qədər özgüvən verəcəyi və qısa zaman kəsiyində bu qədər uğur əldə edəcəyim ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (070) 514 11 21