Psixoloq Nərminə Cəfərova: "Həmişə eyni mühitdə çalışmanı təmin etməliyik"
Dərs oxumaq istəməyən uşaqlara tətbiq olunan 5 qayda. ( Əvvəli ötən məqalədə- səbəbləri)
1 mərhələ- uşağınızın psixoloji müqavimətini qırın.
Uşağınızla danışaraq gündə ən az nə qədər dərs çalışa bilərsən, sualını verin. Bunun yarısını siz deyin. Məsələn, 15 dəq. ( O, yarım saat demişdi deyək ki)
Uşağınıza da" Sən yarım saat dedin, amma mən o qədər çalışmağını istəmirəm, 15 dəqiqə çalışmağını istəyirəm" deyin.
Çünki bizim ilk işimiz səndə dərs çalışmaq alışqanlığını qazandırmaqdır.
2- ci mərhələdə uşağın müəyyən olunan müddətdə hər gün çalışmasını təmin edin.Bunun üçün "Müəyyən etdiyimiz müddət üçün bəzi qanunlarımız var" 1.Bu müddəti hər gün təkrarlayacagıq.(15 dəqiqəni) Həftə ərzində bütün müddətlərimizi icra edirik, həftə sonu dər çalışmaq yoxdur.
3- cü mərhələ-uşağın çalışma mühitini qaydaya salmaq uşağa 2- ci qaydamız, televizor qarşısında, yataraq, uzanaraq oxumaq yox. Müəyyən etdiyimiz zamanı yalnız çalışma otağında və masamızda tamamlayırıq. Çünki çalışma alışqanlığını səndə yaratmaq üçün, həmişə eyni mühitdə çalışmanı təmin etməliyik.
4- cü mərhələ nəzarət mərhələsidir. Uşağın özünün nəzarətini təmin edin. Necə?
Bu mərhələdə uşağa deyirsiniz: "Səndən gözlədiyimiz bu 15 dəqiqəni azaltmamanı istəyirik". Çünki, övladım, sənin dərs calisma alışqanlığını qazana bilmək üçün özünə nəzarətini gucləndirməni istəyirik. Beləcə disiplinlə alışqanlıq qazanacaqsan və bu alışqanlığı gücləndirəcəksən.
Stolun üstünə bir budilnik qoyursunuz, qurur, bu müddəti kontrol altına alır. (Uşaq özü) Müddət az olduğu üçün bunu icra edə biləcək, əsas məsələ bunu alışqanliq halina gətirməkdir.
5- ci mərhələ uşağın motivasiyasını artirmaq mərhələsidir.
Uşağa müəyyən etdiyimiz bu müddətdən çox çalışmaqda sərbəstsən. " Əgər istəsən 15 dəqiqədən daha çox çalışa bilərsən. Və ya mənə belə gəlir ki, bu müddəti artıra bilərsən..Bu mərhələdə uşaqlar özləri də bilmədə müəyyən olunan müddəti artırırlar və vaxtdan daha çox çalışdıqları üçün lovgalanirlar. Onlarda bacarıqlı olduqları inancı formalaşmağa başlayır.Bu hiss onlar üçün çox mühüm qırılma mərhələsidir. Bu hiss uğur qazanmaq hissidir( mən müəyyən olunan vaxtdan daha çox çalışıram).
Unutmayın ki, hər uğur növbəti uğurun zəminini hazırlayır. Necə ki, hər uğursuzluq növbəti uğursuzluq üçün bir zəmindir.
Bunu 21 gün dəyişdirmədən, intizamlı səkildə davam edirsiniz. Nəticədə, uşağın beynində dərs oxumaqla bağlı nevroloji fəaliyyət aydınlaşır və davamlılığı təmin olunur. Daha sonra çalışma müddətini 5-10 dəq artırırsan.
Müddət bu formada addım - addım irəliləyib ideal müddətə qədər davam etdirilir.
Əlaqə nömrəsi: nömrəsi: (055) 248 64 41