Pedaqoq Günay Babaşova: "Uşaqların maraqlarını hər zaman nəzərə almaq lazımdır"
- Günay xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim humanitar fənlərə marağım olub. Ona görə də ixtisas seçimində bu sahəyə üstünlük verdim və filologiya fakültəsinə daxil oldum. Qeyd edim ki, bu sahəyə gəlməyimdə. valideynlərimin də rolu böyük olub.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 21 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Üzərimə düşən hər bir işi maksimum dərəcədə yerinə yetirməyə çalışıram. Uşaqlara ana dilimizə olan sevgini aşılayıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Hazırda rus və ingilis dili bölmələrində təhsil alan uşaqların ana dilinə olan sevgiləri gündən-günə artmaqdadır. Bu da dövlətimizin apardığı islərdən irəli gəlir. Mən də əlimdən gəldiyi qədər hər bir şagirdə bu işdə dəstək və kömək olmağa çalışıram.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Valideynlərin və müəllimlərin uşaqları həddindən artıq çox sıxmasının əleyhinəyəm. Uşaqların maraqlarını hər zaman nəzərə almaq lazımdır.
- Xarakter olaraq necə birisiniz?
- Düşdüyüm vəziyyətə uyğun hərəkət etməyi və dinləməyi sevən biriyəm. İnsanların düşündüklərinə empatiya ilə yanaşıram.
- Ailəlisinizmi?
- Ailəliyəm. Bir oğlum var.
- Oxuculara nə məsləhət görərsiniz?
- Zamanı düzgün bölmələrini məsləhət görərdim. Hər şeyi zamanında etsinlər. Çünki sonrakı peşmançılıq fayda verməz. Çalsınlar ki, özlərini və fikirlərini müstəqil şəkildə ifadə etməyi bacarsınlar. Bu zaman nailiyyətlərə nail olmaq olar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünün tamamlayın, zəhmət olmasa.
- Mən hər gün sinifdə şagirdlərlə rastlaşanda gəlcəyin böyük peşə sahibleri ilə söhbət etdiyimi düşünürəm. Onların içərisində hər bir sahənin mütəxəssisi ola bilər. Ona görə də hər birinin fikrinə hörmətlə yanaşıram. Ağlıma gəlməzdi ki, mənim şagirdlərin həyatlarının formalaşmasında böyük rolum olar.
Əlaqə nömrəsi: (055) 811 00 70