Orduda qaydalar sərtləşdirilir - Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçuların ordu sıralarından xaric edilməsi barədə məlumat yayıb.
Nazirlikdən bildirilib ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib.
Xatırladılıb ki, Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, iltizamnamələrə imza atılaraq bununla bağlı öhdəlik götürürlər.
Vurğulanıb ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.