Beynəlxalq statuslu yaşam və enerji koçu Sevinc Arık Əhmədova bioenerjidən danışdı
Bioenerji nədir?
Kainatdakı hər şeyin təməlində titrəyişlər, yəni frekanslardan ibarət enerji sahələri dayanır. Bu enerji kainatda mövcud olan bütün maddi və canlı olan hər şeyin təməlində vardır. “Universal həyat enerjisi” adlandırılan bu anlayış özlüyündə Bioenerji terminini yaratmaqdadır.
Bioenerji – neqativ enerjilərdən təmizlənmək, mənəvi və daha sonra isə maddi anlamda şəfalanma metodudur. Çünki, mənəvi şəfa maddi həyatımıza yansımaqda, öz müsbət təsirini buraxmaqdadır. Gündəlik həyatın müxtəlif stresləri bədən, ruh və ağıl üzərində öz mənfi təsirlərini yaratmaqdadır. Stress, yorğunluq, depressiv əhval-ruhiyyə zamanla duyğuların yaşandığı, formalaşdığı çakralara öz mənfi təsirini göstərməkdədir. Beləliklə də çakralarda tıxanmalar, bloklanmalar meydana gəlir. Bu tıxanmalardan təsirlənən ruh, bədən və zehin bioenerji seanslarının köməyi ilə balanslaşdırılır.
Bəzən insanlar bioenerji ilə çakraları açmaq deyirlər, əslində isə doğru olan anlayış “çakra açmaq” deyil, “çakraların balanslaşması, tarazlaşdırılması” deməkdir. Zatən insan ana bətnində olarkən çakralar öz fəaliyyətlərinə başlayırlar. Bioenerji çakra balanslaşdırma üsulunu tətbiq etməklə bədəndə, zehində və ruhumuzda olan tıxanıqlıqları aradan qaldırılır.
Bioenerji nə üçün istifadə olunur?
Bədənimizdəki 7 əsas çakra və digər enerji kanalları aktiv və dəyişkən quruluşlarına görə ətrafdakı enerjilərdən təsirlənir. Mənfi enerji mühitlərinin təsirinə məruz qalan çakralar öz funksiyalarını yerinə yetirə bilmədikdə insanın fiziologiyasında müxtəlif tıxanmalar yaratmaqdadır. Qapalı enerji kanalları insanda fiziki, mənəvi və ruhi sıxıntılara səbəb olur. Çakra balanssızlığı adlanan bu vəziyyət bioenerji transferini pozmaqda və bu pozulma halı nəticədə insanın maddi və mənəvi rifahına öz mənfi təsirini göstərməkdədir. Bioenerji şəfalanma seansları nəticəsində bloklanmış çakralar tarazlaşdırılır və insan daha sağlam həyata sahiblənir.
Bioenerjinin faydaları nələrdir?
Müvazinətini itirmiş çakralar bəzən sadə üsullar ilə tarazlığını bərpa edə bilməməkdədir. Bu hal yarandığında bioenerji mütəxəssislərindən bioenerji şəfa seansları almaq vacibdir. Siz bu seanslar ilə tarazlığını itirmiş olan çakraların mənfi təsirlərindən təmizlənərək həyatınızı daha rahat, daha pozitiv və mənalı edə bilərsiniz. Bioenerji seanslarının ən böyük faydası kosmik həyat enerjisinin bədənimizə ötürülməsinin təmin edilməsidir. Bioenerji sayəsində çakralardakı tıxanmalar aradan qaldırıldıqda, çakralar öz həyati vəzifəsini normal yerinə yetirməyə başlayır ki, bu hal da insanın həyatını asan və zövqlü edir. Çakraların balanslaşdırılması nəticəsində bədəndə təmiz, güclü və pozitiv aura yaranır. Güclü aura insanı neqativ vəziyyət və mənfi emosiyalardan qorumaqdadır. Bədənin özünü sağaltma xüsusiyyətinə dəstək olan bioenerji sayəsində çakralar şəfalanır.
Əlaqə nömrəsi: (055) 348 70 79