Peşəkar Yaşam Kouçu, NLP Master Fidan Əsədova kouçluğun vacibliyindən danışdı
"Kouçluq niyə bu gün populyardır və nəyə lazımdır?"
Kouçluq nədir və nə üçün buna ehtiyac var?
Çempion olmaq istəyirsənsə, mütləq bir məşqçi ilə işləməlisən. Razısız mənimlə? Hə. Öz həyatının çempionu olmaq istəyirsənsə, Yaşam Kouçu ilə işləməlisən. Özüm edə bilirəm deyirsənsə, heç sözüm yox, belə də davam elə. Afərin! Ancaq, eliyərdim amma yetərincə gücüm yoxdu yaxud da dəstək verənim olsaydı mən indi haralarda idim deyirsizsə, sizə o yerlərə çatmanıza yardımçı olacaq insanlar Kouçlardır.
Kifayət qədər dostum var, onlar mənə dəstək olar deyirsizsə, düzdür. Sənə dəstək verən, səni həvəsləndirən və bacarıqlarına inanan dostların olmağı gözəldir. Lakin, insanlıq halı deyilən subyektiv düşüncələr buna müəyyən qədər mane olacaq. Yəni, dostlarınız sizi yaxşı tanıyır. Etdiyiniz səhvləri (onların düşüncələrində) də bilirlər. Onların verəcəkləri reaksiya və cavablarda keçmişiniz nəzərə alınacaq. Lakin, Kouçlar isə sizi tanısalar belə obyektiv düşünməyi məşq etdiklərindən subyektiv düşüncələri üstün tutmağa özlərinə icazə vermirlər. Bu Kouçların Etika Kodeksinin şərtlərindəndir. Şəxsi, subyektiv fikrini başqasına “doğru” deyə yeritməyə çalışmamaq. Salamatı, səninlə sirdaş olacaq, səni qınamayan, qərarların asılı olmayaraq qarşında deyil hər zaman sənin yanında olan, səni motivləşdirən, öz gücünü üzə çıxarmağa vəsilə olan, hədəflərini sənə unutdurmayan insanlardan yararlanmaqdır.
Deyək ki, gəldik bir Kouçun qəbuluna necə baş verir bütün bu hədəf və motivasiya məsələləri?
İndi deyim necə. Siz heç indiyə qədər neçəlik həyat yaşadığınızı hesablamısız? 1-dən 10 qədər neçəlik yerdəsiz? Şkalada qiymətləndirmə belə degəcək: 1 – yerlərdə sürünürəm, 10- isə bəxtəvərəm. Bunu fikriləşib demək çətindir. Lakin, həyatı 8 sektora (maddiyyat, karyera, ailə və dostlar, sevgi-romantika, şəxsi inkişaf, sağlamlıq, yaşadığım mühit, əyləncə və istirahət) bölüb hərəsinə uyğun qiymət qoysaq və sonra orta rəqəmi çıxarsaq biləcəyik ki, əslində neçəlik həyat yaşayırıq. Bu, indi bizə nəyə lazımdır desəz, deyərəm ki, 8 sektora bölünmüş hissələrdə hansında çox aşağıdasızsa ilk növbədə onları qaldırmağa çalışmalısız. Yəni, həyata düzən vermək üçün ən kəskin problemdən başlamaq lazımdır.
Məsələn, işə düzəlmək istəyən şəxsin hədəfi iş tapmaqdır. Yəni, ilkin mərhələdə hədəflər müəyyən edilir. Sonra real vəziyyətə baxılır və hədəflərin öncəliyi müəyyən edilir. Belə ki, bəzən 1 sektordakı aşağı qiymət avtomatik digərlərinə təsir edir. Məsələn, işi olmayan şəxsin maddiyyat sektoru aşağı olur, dolayı yolla əyləncə sektoru da aşağı olacaq, bəlkə elə bu səbəbdən sevgi romantika sektoru da o qədər ürəkaçan olmayacaq.
Necə bilək ki, biz doğru yoldayıq və nədən başlayacağımızı düz seçmişik?
Burada Tony Robbins-in hər zaman çəkdiyi bir missal var, onu deyim: Günəşin çıxmasını görmək istəyən insan durmadan qərbə qaçarsa, görə bilməz. Yəni hədəfə doğru qaçmaq lazımdır, əksinə deyil.
Biz hərdən nə edirik, hədəf tutaq ki, arıqlamaqdır, amma axşam gec saatlarında Oreo peçenyeleri yeyirik. Bu, qərbə qaçmaqdır. Etdiyiniz hərəkətlərə baxın və soruşun: İndi qərbə qaçıram? Cavab bəlidirsə, gördüyünüz işi dayandırın. O sizi hədəfinizdən uzaqlaşdıracaqdır. Bunları edərkən, hərəkətlərinizi müşahidə altında tutmuş olacaqsınız. Bu da sizə şüurlu davranış vərdişləri qazandıracaq. Çox böyük nemətdir.
Qayıdaq işə düzəlmək istəyən insana. Kouç ona içindəki potensialı üzə çıxarmağa, özünə yenidən inanmağa və daxili gücünü görməyə kömək edəcək. Bir çox hallarda, böhran yaşayan insanlar depressiv vəziyyətlərə düşür, neqativ və ümidsiz düşüncələrdə olurlar. Daxili dialoqları neqativ yüklü olur. Kouç əgər üstəgəl terapistdirsə, onda lap bəxtiniz gətirdi. Şüuraltı terapiya texnikaları vasitəsilə özgüvən bərpa olunacaq, neqativlikdən neytrallığa oradan da pozitivliyə keçid edilir. İçindəki səsin, yəni daxili dialoqun kontrolu insanın əlinə keçir. Bunlardan əlavə də Kouç sizə davamlı olaraq hədəflərinizə sadiq qalmanızı xatırladır və hədəfə gedən yolunuzu izləyir. Ay sonunda ondan qaçışınız yoxdur. Soruşacaq işlər nə yerdədir? Bir ay “Aşığı ağlamaq tutacaq” sonra artıq biləcəksiz ki, o zəng gələcək. Ona uyğun hərəkətə keçəcəksiniz. Mənim Kouçum Tony Robbins-in Nəticə Kouçu olan Garrett Binder idi. Saat fərqinə görə gecə saat 1-də zəngim gəlirdi. Çox həyəcanlanırdım.
Yaxşı hədəfləri yazdıq, bəs onlara necə çataq? Düsturu varmı uğurun?
Uğurun düstürunda ən əsas məsələ, işi etmək deyil, necə etməkdir. Məsələn, adam var ki, deyir ki, əlimdən gələni etdim alınmadı. Baxsaq ki, onun əlindən gələn həqiqətəndə ən son edə biləcəyi işi idi, görərik ki, yox o, bundan da artıq edə bilərdi. Sadəcə nəsə çatmır ki, o işi axıra çatdırsın. Ən çox Kouçlara ehtiyac olan məsələ - “axıra çatdıra bilmirəm”lər. Davamlı olmaq üçün son nəticəyə inam lazımdır. Ordakı hissi dadmaq lazımdır. Kouçlar NLP (Neyro linqvistik proqramlama) texnikalarından ən məşhuru olan Sviş ilə sizə o hissi yaşadır və onunla sizi motivləşdirir. Baxsanız, indi reklamlarda belə satışları hiss üzərindən etməyə çalışırlar. Ən sadə əşyaların bizdə oyatdığı hissləri vurğulayırlar ki, bizdə o məhsulu almaq istəyi oyansın.
Hədəflərə çatandan sonra necə davam edək?
Yaxşı sualdı. Bir tamaşa var idi, Yaşar Nuriyevin məşhur: “Hə noolsun?” sualı. İndi hədəfə çatanda o olur ki, sən həvəslə və tam potensialınla hədəfə çatırsan bu sənə özgüvən verir, özünəinamı artırır və növbəti hədəflərə həvəsli edir. Məsələnin gizli nöqtəsi buradadır. Bir cümlə deyim yadda saxlayın: Özgüvən insanda ən dəyərli nemətdir və onu aşağı salan hər şeydən uzaqlaşmaq şərtdir. Heç nəyin özgüvəninizi aşağı salmağa imkan verməyin. Çünki, o sizə aiddir və sizin uğurunuz ondan asılıdır.
Uğur, uğur deyirik uğurlu olmaq nə deməkdir?
Sizdən soruşsam uğur bir şeydir, başqasından soruşsam başqa şeydir. O qədər individualdır ki, bu anlayış. Sevgi kimi. Lakin, ümumiləşdirsək, deyə bilərik ki, bir insanın özünüreallaşdırma yolunda etdiyi hər bir addım uğurdur. Özgüvəni artıracaq hər bir nəticə uğurdur.
O zaman uğursuzluq nədir?
Uğursuzluq yoxdur deyirlər, amma mən deyərdim ki, uğura gedən yolda deyilsizsə, deməli uğursuzluğa gedən yoldasan. Yəni, dərya qədər potensialın var, onu üzə çıxarmırsan. Yaradanın sənə verdiyi o bilik və bacarıqlardan istifadə etmirsənsə, bəli uğursuzsan. Özünü reallaşdırmağa addım atdığın zaman uğurun çığırına qədəm qoymusan deməli. Amma sizə deyim ki, o çığıra addım atmaq o qədər də asan olmur.
İnsanlar o çığıra niyə asanlıqla addım atmırlar?
Qorxuları onları çəkindirir. Kouçların etdiyi məncə ən möhtəşəm iş işlədikləri insanların qorxularına sinə gəlmələrinə kömək etməkdir. Komfort zonadan addım atmaq istəyən insanlar düşürlər Qorxu zonasına, qorxularına baxmayaraq bir addım da atan insanlar düşürlər Böyümə zonasına, ondan sonra da Uğur zonası gəlir. Yəni, uğura gedən yolda gərək qorxularının üzərindən adlayıb keçəsən. Ora başqa yolla getmək olmur.
Oxuyucularımıza bildirmək istərdim ki, dostlar, qorxularınız sizdən böyük deyil. Onlar sizin içinizdədir, deməli siz daha güclüsüz. İçinizdəki qorxuları kiçildin və istədiklərinizə əldə etməkdən çəkinməyin. Bunu uğurlu, dahi şəxsiyyətlərin bioqrafiyalarını oxusanız görəcəksiniz.
Whatsapp: +994 70 976 59 76
Instagram: lifecoach_fidanasadova