Münasibətdə Qısqanclıq.
Qısqanclıq 2 səbəbdən baş verə bilir:
1. Qısqanan şəxsin özündən asılı olan səbəblər.
2. Qarşı tərəfin qısqanclığa səbəb olacaq hərəkətləri etməsi.
Birinciyə səbəb qısqanc şəxsin özünə güvənməməsi, özünü qarşısındakından aşağı hiss eləməsidir.
Qısqanıclıq ailələrdə söz-sohbətə səbəb ola bilir. Hətta qısqanclıq səbəbi ilə ən yaxşı halda dağılan ailələr ən pis halda isə cinayətlə nıticələnən ailələrə də tez-tez past gəlinir.
Qısqanclıq hissi 2-3 yaşlarından etibarən yaranmağa başlayır.
Qısqanclıq anadangəlmə bir davranış deyil. Bu zamanla və yaşadıqlarımıza görə yaranan bir hissdir. İnsan körpəlikdən paylaşmağı, dostluğu öyrənir. Zamanla dostunun başqa biri ilə dostluq etməsinə şahid olan uşaqda paxıllıq hissi və itirmək qorxusu yaranır. Qısqanclığın növləri və həddləri fərqli olur. Yeni doğulan körpəni daha çox seviləcək qorxusu ilə qısqanan böyük bacı/qardaş, valideynlərin bir-birinə olan sevgisini qısqanan övlad və s.
Qısqanclıq münasibəti çürüdən, araya dava salan bir hissdir. Bu hal qısqanılanla yanaşı qısqanan insanın da həyat keyfiyyətinə ziyan vurur. Zamanla fiziki və ya şifahi zorakılıq baş verir. Artıq qısqanclığa məruz qalan insan, demək olar ki, hər şeyi, hər addımını sübut etməyə və daim hər addımının hesabatını verməyə başlayır. Bununla da ümidlərlə, xoş fikirlərlə qurulan münasibətlər, yox olub gedir. Çünki partnyorunuz bütün sosial münasibətlərinizi korlayır, başqalarını görməyinizə icazə vermir o, hətta həmkarlarınızla danışmağınızı belə qadağan edə bilər. Geyiminizə və makiyajınıza həddən artıq müdaxilə edir. Sosial media hesablarınızı bağlaya, telefonlarınıza qulaq asa bilər.Tez-tez harda olduğunuzu soruşur, dediyinizin düz olduğunu anlamaq üçün təsdiq etmənizi tələb edir, İşinizə qəfil basqınlar edir. Evdən tək çıxmağınızı istəmir və s.
Bu cür qısqanc insanlara daim günahsız olduğunu daim sübut etmək məcburiyyətində qalırsınız. Bu isə zamanla insanın özünə olan hörmət və inamını sındırır.Bəzi insanların xsüsən də qadınların etdiyi ən böyük səhvlərdən biri «qısqanır, qadağalar qoyursa deməli sevir» düşüncəsini dəstəkləmələridir. Normal qısqanclıq qadağalara, məhdudiyyətlərə gətirib çıxarmamalıdır.Qədərində olan qısqanclıq, sizi qorumaq, sizin rahatlığınızı təmin etmək, zərif cinsin nümayəndəsi olduğunuzu ən gözəl formada sizə aşılamaqdır. Qısqanclıq deyərkən tək kişi qısqanlığı ağıla gəlməməlidir. Bir çox kişilərdə sevgilisindən, nişanlısından və ya həyat yoldaşında şikayət edir ki, “xanımım məni qısqanır, bu çox ifrat dərəcədədir, məni yorur, bezdirir, hətta mən belə olan halda evdən qaçıram”. Ona görə bu qırmızı xətti keçməmək şərti ilə insanlar digər insanları müəyyən qədər azad buraxmalıdırlar. Qısqanclıq nə sevginin göstəricisidir nə də güvənsizlıkdir. Bu bir xarakterdir.
Hər bir şey öz qədərində gözəldir.
Ruhiyyə Rüstəmova Ailə və Uşaq Psixoloqu.
Cross-Coaching.
Çətin tərbiyə olunan yeniyetmələr və onların valideynləri ilə iş metodunun ilk təlimçisi.
wp(+994) 70-204-02-07