Natəvan Babayeva son mənzilə yola salındı
Ötən gün vəfat edən tanınmış aparıcı Natəvan Babayeva dəfn olunub.
Onunla vida mərasimi Salyan rayonunun Parça Xalac kəndində keçirilib.
Mərhum jurnalist kənd məzarlığında son mənzilə yola salınıb.
Xatırladaq ki, Natəvan Babayeva AzTV, daha əvvəl isə uzun illər ANS televiziyasında çalışıb.
Bir müddət əvvəl Natəvan Babayevanın Türkiyəyə gedərkən Bakı hava limanında halı pisləşmişdi. Tanınmış jurnalist xərçəng xəstəliyindən əziyyət çəkirdi.