İnsan ali varlıqdırmı?
Bu yaxınlarda elmi kitabların birində yazılmış bir cümlə diqqətimi cəlb etdi. Orada yazılmışdır ki, insan yalnız Yer üzərində ən ali varlıqdır. Fikrimdə cürbəcür suallar meydana çıxdı. Doğrudanmı orada yazılanlar həqiqəti əks etdirir, yoxsa yox? Sualın cavabı çətin və mürəkkəb olduğu üçün cavabını tapmağa çalışdım.lakin sualın çox müxtəlif və əhatəli cavablarını özümdən uzaqlaşdıra bilmədim. Qeyd etdiklərimə pz münasibətini bildirənlərin hamısına əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
İnsanın Yer üzərində, yoxsa bizim Günəş sistemində ən ali varlıq olduğunu anlamaq üçün təkamül təliminə müraciət etməliyik. Eyni zamanda Günəş sisteminin yaranması və formalaşmasındakı qanunauyğunluqları dərk etməliyik. Maddələrin atom və molekulyar quruluşu, kimyəvi rabitələrin elektron təbiətindəki mürəkkəbliyin sirlərinə sahib olmalıyıq.
Bütün dünyada elm aləmi tərəfindən qəbul edilmişdir ki, ilk canlı orqanizmlər birhüceyrəlilər olmuşlar və su mühitində yaranmışlar. Bunun kifayət qədər sübutları da vardır.
Mən özüm də bu vaxta qədər ilk canlıların su mühitində yaranmasına inanırdım. Lakin, Yer kürəsinin formalaşdığı ilk vaxtlarda baş verən prosesləri öyrənərkən mənə məlum oldu ki, ilk canlı orqanizmlər suda deyil, havada yaranmışdır. Çünki, Yer üzündə həyat qazlar mübadiləsilə başlamışdır, qazlar mübadiləsilə də başa çatacaqdır. Havada yaranmış ilk canlı orqanizmlər digər canlılara başlanğıc vermişlər.
İnsanın ilk əcdadı da quru mühitində yaranmışdır. İlk vaxtlarda onun orqanizmi çox sadə quruluşlu, kiçik olmuşdur. Orqanları və hiss üzvləri inkişaf etməmiş, birləşmiş vəziyyətdə olmuşdur.
Tənəffüs, qidalanma, ifrazat, çoxalma eyni orqan vasitəsilə həyata keçirilmişdir. Həmin dövrlərdə hava çox rütubətli olmuşdur. Temperatur bütün canlı orqanizmlərin sadədən mürəkkəbə doğru inkişafı üçün əlverişli idi. Günəş şüalarının spektral tərkibi indikindən fərqli olmuşdur. Məhz Günəş şüalarının spektral tərkibi təsiri ilə canlı orqanizmlərdə təkamül baş vermişdir. Təkamül yüksələn xətt üzrə, su mühitinə nisbətən quru səth üzərində daha sürətlə getmişdir. Orqanizmdə orqanların bir-birindən ayrılması, öz funksiyalarını müstəqil yerinə yetirməsi mühitə uyğunlaşma ilə nəticələnmişdir. Bu da sinir sisteminin, hiss üzvlərinin və baş-beyinin yaranmasına və ətraf aləmin dərk olunmasına səbəb olmuşdur. Bütün bunlar başqa canlı orqanizmlərə nisbətən insan orqanizmində daha mürəkkəb bioloji proseslərin baş verməsi ilə nəticələnmişdir. Şüurun yaranması yuxarıda qeyd edilən bütün proseslərin nəticəsində, daha çox Günəş şüalarının spektral tərkibinin təsiri altında meydana çıxmışdır. Burada mövzudan bir qədər kənara çıxmaq istərdim. Məsələ burasındadır ki, Dünya elm aləmində qəbul edilmişdir ki, şüur baş beynin məhsuludur. Belə yanaşma düzgün deyildir. Şüur orqanizmin bütün orqanlarında baş verən bioloji proseslərin və Günəş şüalarının təsiri ilə mümkündür. Doğrudur, baş beyin bu zaman əsas funksiyanı yerinə yetiri, lakin orqanizmdə maddələr və qazlar mübadiləsi normal baş verməsə şüur heç vaxt mümkün olmaz. Qeyd etməliyəm ki, insanların şüurlu fəaliyyəti getdikcə zəifləyir, şüursuz fəaliyyət çoxalır. Bunu daha çox qidalanma və mühitlə əlaqələndirilər. Əslində isə Günəş şüalarının spektral tərkibinin dəyişməsi çox ciddi fəsadlara gətirib çıxaracaqdır. Elə viruslar meydana çıxacaqdır ki, elm onların qurulişunu belə öyrənə bilməyəcəkdir. Ən dəhşətlisi odur ki, hüceyrələrdə baş verən qidalanma, tənəffüs, çoxalma kimi proseslər çox ciddi dəyişikliyə uğrayacaqdır. Elm aləmi bunun qarşısını almaqda çətinlik çəkəcəkdir. Bütün çətinliklərə baxmayaraq insanın və şüurun salamat qalması mümkün olacaqdır.
İnsan orqanizminin sadədən mürəkkəbə doğru inkişafı yalnız müəyyən vaxt ərzində mümkün olmuşdur. Orqanların bir-birindən ayrılması və mürəkkəbləşməsi tam baş verməmişdir. Deməli, təkamül axıra qədər baş verməmişdir. Əgər orqanizmin mürəkkəbləşməsi, inkişafın axıra qədər, bu vaxta kimi getməsi mümkün olsa idi, onda insanın duyğu orqanlarının gücü indikindən ən azı 4-5 dəfə çox olardı. Şüur da indikindən 10-11 dəfə çox olardı. Qeyd etdiklərim mücərrəd anlayış kimi qəbul ediləcəkdir. Lakin düzgün və aydın olması da mümkündür.
Hörmətli oxucu sual verə bilər ki, nə üçün insan orqanizmində inkişaf, mürəkkəbləşmə axıra qədər getməmişdir? Yəni insan bu gün ən ali varlıq olduğu halda, nə üçün natamam orqanizmə malikdir?
Sualların cavabı bir mənalıdır. Kainatda baş verən bütün hadisələr Allahın hökmü ilə mümkündür. Özü də çox ciddi qanunauyğunluqla. Yer üzərində canlı orqanizmlər arasında çox kəskin yaşamaq uğrunda mübarizə gedir. Bu mübarizə nəticəsində elə canlılar olmuşdur ki, tamamilə yox olmuşdur. İnsanlar arasında baş verən mübarizə həmişə daha kəskin olmuşdur. Əgər insan orqanizmi indikindən mürəkkəb, hiss üzvləri güclü olsa idi, onda mübarizə daha çox kəskin olardı. Heç bir insan salamat qala bilməzdi. İnsanın salamat qalması, şüurun mövcudluğu üçün inkişafın yüksək xətlə inkişafı tədricən dayanmışdır. Hazırda bütün canlı orqanizmlərin orqanlarının dəyişməsi və mürəkkəbləşməsi enən xətt üzrə davam edir.
Yenə hörmətli oxucu sual verə bilər. Nə üçün Yer üzərində canlı həyat yalnız mübarizə üzərində qurulmuşdur? İnsan şüurlu ən ali varlıqdırsa mübarizənin baş vermə səbəbləri hansılardır? Kainatda mübarizədən kənar nöqtələr vardırmı?
Məsələ burasındadır ki, Kainat iki sistemdən ibarətdir: Genişlənən və sıxılan sistem. Bizim Günəş sistemi genişlənən sistemə aiddir. Burada nə varsa hamısı genişlənmə qanunlarına tabedir. Yer üzərində həm qeyri-üzvi, həm də üzvi aləmdə nə varsa hamısı yalnız genişlənmə şəraitində mövcuddur. Əks halda mövcudluq mümkün deyildir. Bütün canlı orqanizmlərin yaranması, sadədən mürəkkəbə doğru inkişafı da yalnız genişlənmə şəraitində mümkündür. Deməli canlı orqanizmlər arasında mübarizə mütləqdir. İnsan da canlı orqanizmlərin bir hissəsini təşkil edir. Onun da orqanizmi digər canlılarda olan elementlərdən təşkil olunmuşdur. Lakin digər canlılardan fərqli olaraq insanın şüuru vardır. Şüur vasitəsilə insan hər nə varsa hamısına təsir göstərə bilir. Şüurun mövcudluğuna görə insan Kainatda ən ali varlıqdır. Kainatın heç bir nöqtəsində insanı əvəz edə bilən varlıq mövcud deyildir. Şüurlu mübarziə həmişə digər mübarizə növlərinə nisbətən kəskin və məhvedici olmuşdur. Hazırda genişlənmə qüvvələrinin təsiri ilə insanın tamamilə məhv olması təhlükəsi vardır. Belə olarsa şüurun nə vaxtsa yenidən yaranması mümkün olmayacaqdır. Bu isə Kainatın mövcudluğu qanunlarına ziddir. Ona görə də məsələnin başqa tərəfləri də vardır. Genişlənmə qüvvələri ilə bərabər sıxılma qüvvələri də təsir göstərir. Hər iki qüvvələr bir nöqtədən istiqamətlənir. Yəni, başa düşülən şəkildə desək idarə olunur. Deməli, sıxılma qüvvələrinin təsiri ilə tamamilə məhv olmanın qarşısı alınacaqdır.
Yaxın vaxtlarda insan çox ciddi təhlükələrlə qarşılaşacaqdır. İqlim dəyişkənliyi, Dünyada ictimai-siyasi həyatdakı təhlükələrdən başqa dəyişikliklər də baş verəcəkdir. Baş verə biləcək dəyişikliklər və təhlükələrin hamısını qeyd etmək fikrindən uzağam. Bunların ən ciddiləri aşağıdakılardır:
- Canlı orqanizmlərdə qazlar mübadiləsinin zəifləməsi prosesi sürətlənəcəkdir. Bunun nəticəsində insanların çox hissəsi sağlamlıqlarını itirəcəkdir.
- Həyat xassələrinin sönməsi prosesi baş verəcəkdir.
- Elmə məlum olmayan virus xəstəlikləri sürətlə yayılacaqdır.
- Materiklərin coğrafi mövqeyində, relyefdə, si və buz örtüyündə, atmosferdə ciddi dəyişikliklər baş verəcək.
- İnsanlar arasında şüurluluq səviyyəsinə görə kəskin təbəqələşmə baş verəcəkdir. Yəni insanlar şüurlu fəaliyyətlərinə görə 2 böyük qrupa ayrılacalar.
- Üzvü aləmdə başqa dəyişikliklər də baş verəcəkdir. Lakin onları qeyd etmək mümkün deyildir.
İnsan öz varlığı ilə nə qədər yüksəkdə dayanırsa, onun fərdləri arasında bir o qədər fərqlər meydana çıxmışdır. Bu fərqlər insan yarandığı gündən mövcud olmuşdur. Bunun nəticəsində insan öz şüurunun çox kiçik hissəsindən elm öyrənmək üçün istifadə edə bilmişdir. Hazırda insanların şüurundakı fərqlər mübarizəni daha da kəskinləşdirmişdir. Şüurlu fəaliyyət Allahın insanların qarşısına qoyduğu məqsədəm xidmət etməsə, çox ciddi cəzalanma baş verəcəkdir. Yenə sual meydana çıxır. İnsan öz şüurundan necə və nələrə istifadə etməlidir? Bunun üçün aşağıdakılara diqqət yetirməliyik:
- İnsanlar arasındakı mübarizə yalnız bütün insanların salamat qalmasına xidmət etməlidir.
- İnsanların şüurundakı fərqlər getdikcə çoxalacaqdır. Öz şüurundan canlı aləmə kömək edənlərə şərait yaradılmalıdır.
İbrahimov Tahə
Ağsu rayonu, İlxıçı kəndi