Sabit Məmmədov:"TƏBİB-in tabeliyindəki RDZM-də Sifilisin müayinəsi və müalicəsi uğurla həyata keçirilir"
Sifilis dünyada geniş yayılmış xəstəliklərdən biridir.Respublikamızda dəri-zöhrəvi xəstəliklərinin müayinəsi və müalicəsi üzrə ixtisaslaşmış müəssisə TƏBİB-in tabeliyindəki Respublika Dəri-Zöhrəvi Mərkəzidir.Adıçəkilən mərkəzin Poliklinika şöbəsinin müdiri Sabit Məmmədovun Sifilis xəstəliyi haqqında verdiyi məlumatların əhali üçün maraqlı olacağını nəzərə alaraq ictimaiyyətin diqqətinə çatdırırıq:
- Sifilis əsasən cinsi yolla yoluxan zöhrəvi xəstəlikdir. Daha çox dəri, selikli qişa və bütün daxili orqanları, xüsusi ilə ürak-qan damar, sinir sistemini zədəlyə bilər.Xəstəliyin törədicisi spiralşəkilli hərəkət edən solğun treponema adlı infeksiyadır.
Xəstəlik haqqında ilk yazılı məlumatlar 1530-cu ildən başlayır. Sifilis xəstəliyinin Avropada yayılmasını X.Kolumbun ekspediyasinın Amerikanın kəşfindən sonra qeri qayıtması ilə əlaqələndirirlər.
Sağlam şəxsin siflisə yoluxması adətən xəstəlik əlamətləri olan şəxslə bir başa təması (cinsi əlaqə, öpüşmək və s.), qan köçürmə və başqa qan tamasları, anadan dölə və bəzən məişət təması vasitəsi ilə baş verir.
Sifilis xəstəliyini kecirmiş şəxslərdə immunitet yaranmır və həmin şəxslər təkrar xəstəliyə yoluxa bilərlər.
Sifilis xəstəliyinin kliniki gedişatı bir-birini əvəz edən asasən üç dövrə bölünür I-cili,II-cili və III-cülü sifilis .Bütün yoluxucu xəstəliklər kimi sifilisin də inkubasion dövrü olur. Bu dövr sifilisə yoluxma anından xəstəliyin ilk əlamətləri əmələ gəlməsinə gədər olan dövrdür. Bu dövr 3-4 həftə,bəzən qısalaraq 9-11 gün, bəzəndə 90 günə gədər uzana bilər.
Inkubasion dövr solğun treponemanın bədənə daxil olduğu yerdə eroziya və xoranın əmələ gəlməsi ilə bitir və sifilisin 1-cili dövrü başlayır. 1-cili dövr təxminən 6-7 həftə davam edir. Əmələ gələn xora əlləndikdə asası bərk olur, qığırdaq toxumasını xatırladır. Buna görə ona "Bark şankr" deyilir. Bark şankr bədənin müxtəlif nahiyyələrində xüsusi ilə cinsiyyət orqanları və onlara yaxın sahələrdə lokalizasiya olunur. Bərk şankr ağrısız olduğuna görə xəstələrin çoxu yaraya ciddi əhəmiyyət verməyərək müxtəlif məlhəmlər.,kremlərlə özünü müalicə ilə məşğul olurlar.
Sifilisin I-li dövrünün asas əlamətlərindən biri də bərk şankra yaxın nahiyyədə limfa düyünlərinin böyüməsidir. Limfa düyünləri bərk şankr əmələ gələndən bir neçə gün sonra böyüyürlər.
Bərk şankr meydana çixdiqdan 1-2 ay sonra, hətta heç bir müalicəsiz də sağalır. yerində yalnız çapıq qalır. Lakin bu heç də sifilisin öz-özünə keçməsi və xəstəliyin sağalması demək deyil.
Bu zaman o, sadəcə olaraq qısamüddətli gizli dövrə keçir va daxildə xəstəliyin törədicisi çox sürətlə inkişaf edib artır. Gizli dövrdən sonra əzginlik, zəiflik, baş ağrıları, hərarət, oynaq və əzələlərdə ağrı hissiyatı olur.
Sifilitik səpgilərin meydana çixması ilə başlanan 2-cili dövr 2 ildən 5 ilə qədər davam edə bilər. Bu dövrdə müxtəlif müddətlərdə bir birini əvəz edən səpgilər, ləkələr, düyünlər əmələ gəlir. Bədənin tüklü hissələrinda (baş, kiprik, qaş) tüklərin ocaqlı tökülməsi müşahidə olunur. Sifilitik angina, ağız boşluğunda eroziyalar müşahidə olunur. 2-cili sifilisdə olan kliniki əlamətlər müxtəlif xəstəliklərin alamətlərinə çox oxşayır. Və bu halda diaqnostikada çox diqqətli olmaq lazımdı. Bu dövrdə daxili orqanlar da zədələnə bilərlər. Müalicə aparılmazsa I-cili və II -cili dövrdən sonra təxminən 6-7 ildən sonra sifilisin 3-cülü dövrü başlayır. Sifilisin 3-cülü dövründə çətin sağalan yaraya çevrilən düyünlər (qummalar). meydana çıxır. Belə yaralar, xoralar bədənin müxtəlif orqanlarında eybəcərliyə va zədələrə gətirib çıxarır. Daxili orqanlarda xüsusilə ürək, aorta, beyində ağır fəsadlar meydana çıxır. Sifilisin diaqnostikası və müalicəsi nə qədər erkən dövrlərdə başlarsa nəticədə prognoz bir o qədər yaxşı olur.
Sifilisin diaqnostikasında bərk şankr yeni əmələ gələn kimi mikroskopiya,. sonradan isə qanın müxtəlif seroloji müayinələri mühün rol oynayır. Hal-hazırda istifadə olunan seroloji müayinə üsulları sifilisin erkən dövrəlinda dəqiq diaqnozun qoyulmasına və müalicəsinin effektliyinin izləməyə kömək edirlər.
Sifilisin anadan dölə ötürülməsinin mümkün olduğu üçün hamilə qadınların sifilisə görə müayinələri də çox mühün rol oynayır. Əgər hamilə qadında xəstəlik varsa vaxtında müayinə və müalicə olmazsa 25 % hallarda döl ölü doğulur. 25% halda doğuşdan dərhal sonra ölür, qalan hallarda isə anadangəlmə sifilisli uşaq doğulur. Belə uşaqlarda daxili orqanların, sümüklərin müxtəlif spesifik patologiyaları müşahidə olunur. Sifilisin müalicəsində müxtəlif antibiotiklərdən istifadə olunur. Konkret diaqnozdan asılı olaraq antibiotiklər və dozaları dəyişir.
Ən vacib məsələlərdən biri də sifilisin profilaktikasıdır. Bunun üçün:
- Təsadüfi cinsi əlaqədən uzaq olmaq.
- Təsadüfi cinsi əlaqədə qoruyuculardan istifadə etmək.
- Şübhəli cinsi əlaqədən dərhal sonra müayinə olunmaq.
- Sifilisli xəstə ilə kontakta olan şəxslər və ailə üzvləri müayinə olmalı.
- Hamilələr müayinə olmalıdırlar