Narkoloji Mərkəzə yeni baş direktor təyinatı
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.
Bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən Elşən Hümbət oğlu Mustafayev Mərkəzin baş direktoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.