Tovuz rayonunda yaşayan müharibə iştirakçıları ilə görüşlər keçirilmişdir

11 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyinin dəstəyi ilə "MƏDİNƏ" Humanitar Yardım Təşkilatı ictimai birliyinin təşkilatçılığı, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "FENCİNG" İdman Klubu və "DİFAİ" Futbol Klubunun iştirakı ilə "Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması layihəsi" çərçivəsində Tovuz rayonunda yaşayan müharibə iştirakçıları ilə görüşlər keçirilmişdir. Görüşdə əsas məqsəd müharibə iştirakçılarının yer aldığı komandaların yaradılması, bu ilin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunduğunu nəzərə alaraq "Ulu Öndər" Kuboku yarışının keçirilməsi və gələcəkdə 2023/2024-cü il mövsümündə Region liqası yarışlarına qatılması və rayonu təmsil etməsidir.