Klinik psixoloq Şahanə Naxçıvanlı abituriyent həyəcanından danışdı
İmtahan vaxtı yaxınlaşır. Gənclər həyəcanlıdır. Ancaq bilirəm ki, valdeyinler gənclərdən daha çox həyəcan keçirir.
Bəs həqiqətən bu həyəcan imtahanamı aiddir? Belə görünsə də, abtriyentin həyəcanı çox vaxt keçmiş və gələcəklə bağlı olur.
Əvvəlcə onu deyim ki, həyəcan və həyəcanlılıq fərqlidir. Özəl günlərimizdə, imtahanda və ya başqa vəziyyətlərdə həyəcan keçirməyimiz normaldır.
Bəs o zaman həyəcalılıq nədir?
Daim bir təşviş, narahatlıq yasayırsınızsa, yersiz qorxular, gərginlik, əllərin tərləməsi, diqqəti cəmləməkdə çətinlik varsa bu həyəcalılıqdır. Səbəb isə hər kəsdə müxtəlif ola bilər.
Ya daha əvvəl yaşananlar ya da, gələcəklə bağlı beyindəki suallardır..
Keçmişdə gəncin həyəcan, qorxu keçirdiyi nəyəsə şahid olması ya da özünün bunları yaşaması.Və ya gələcəklə bağlı qorxular.
İmtahandan kəsilsəm necə olacaq?
Valdeyinlərim nə deyəcək? İşsizmi qalacam?
Bu qədər maddi mənəvi zəhmət boşunamı gedəcək? . Bu kimi suallar beyində daim təşviş yaradır.
Bunun üçün ilk öncə abtruyentdəki həyəcandır yoxsa həyəcanlılıq onu təyin lazımdır.
Yəni imtahan öncəsi sadəcə mativasya ilə məşğul olmaq deyil, vəziyyətin yaranma səbəbini tapıb aradan qadırmaq mütləqdir. Bu zaman həyəcanıda minimuma endirmiş olarıq. Bunun üçün isə bir mütəxsisdən dəstək ala bilərsiniz.
Əlaqə nömrəsi: ((070) 309 00 85