“Şuşanın gənc bələdçiləri” layihəsi başa çatıb
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Şuşanın gənc bələdçiləri” başa çatıb.
“Şuşanın gənc bələdçiləri” layihəsinin ideyası Şuşaya səfər etmək istəyən, bu səfərlərə bələdçilik etmək istəyən gənclər üçün olduqca faydalı olub. Həmçinin bu layihə Şuşaya virtual səyahəti də ifadə edir. Belə ki, hazırlanmış sayt vasitəsilə hər kəs Şuşanın tarixi məkanları haqqında yazılı və səsli məlumatlar ala biləcək. Layihənin məqsədi Şuşaya qayıdış prosesində gənclərin həvəsləndirilməsi və iştirakı, gənclərin bələdçilik sahəsində mütəxəssis olmalarına dəstək olmaq, Şuşanın tarixi və mədəniyyəti ilə bağlı maarifləndirmə işində gənclərin iştirakını təmin etmək, gənclərin Şuşaya qayıdışını və orda işlə təmin olunmalarına qismən töhfə vermək, Şuşaya turist səfərlərinin təşkilində gənclərin fəalığının artırılması və iştirakına maraq yaratmaq, Şuşa haqqında virtual aləmdə maraqlı kontentin yaradılmasına çalışmaq və sairi əhatə edib.
Layihə çərçivəsində “Turizm bələdçisi hansı bacarıqlara sahib olmalıdır”, “Şuşanın tarixi”, “Şuşanın mədəni turizm potansialı”, “Şuşanın aktiv turizm potensialı”, “Şuşada bələdçilik işinin analızı və dəyərləndirmələri” mövzularında video təlimlər hazırlanmışdır. Bu video təlimlər, eləcə də Şuşa haqqında olduqca maraqlı faktlar, məqalələr, kontentlər hər kəs layihə çərçivəsində hazırlanan gencbeledci.az saytı vasitəsi ilə tanış ola bilərlər.
Qeyd edək ki, layihə çərçivəsində təlimlərdən yararlanmaq istəyən, layihənin adı ilə ifadə etsək, Şuşanın gənc bələdçisi olmaq istəyən 100-dən çox gəncin təlimləri izləmələri üçün əlçatanlıq təşkilat tərəfindən təmin edilmişdir.
Təşkilatın sədri Rəşad Cəfərov bildirib ki, layihədən yararlananların çox olması onun nəticələrinə nail olmağın əsas hədəflərindəndir. Belə ki, gələcəkdə Şuşanın daha çox tarixi abidələri (yüzlərlə tarixi abidə) və coğrafi məkanları haqqında məlumatların, podkastların hazırlanaraq sayta yerləşdirilməsi layihənin davamlılığını təmin edəcəkdir. Həmçinin bələdçi olmaq istəyən gənclər layihə başa çatsa da belə istədikləri zaman layihəyə qoşularaq videotəlimləri izləmələri təşkilat tərəfindən təmin ediləcəkdir. Gənclər həyata keçirdiyimiz bu layihəyədən yararalanaraq bələdçilik peşəsinin sirlərini öyrənə, uğurlu təqdimat bacarıqlarını mənimsəyə, Şuşa turizm potensialı haqqında daha geniş məlumatlar ala, aktiv və mədəni marşrutlar barədə biliklərə sahib ola bilərlər.