“AzerGold” QSC Türkiyəyə humanitar yardım göndərib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Türkiyədə baş vermiş güclü
zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım göndərib.
Faciədən zərər çəkmiş şəxslərin, eləcə də xilasedici heyətin zəruri ehtiyaclarının
qarşılanması məqsədilə generator, elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün isti
geyim dəstləri, yataq ləvazimatları və s. mal və avadanlıqlar Heydər Əliyev Fondunun
xətti ilə fəlakət zonasına göndərilməsi üçün aidiyyəti üzrə təqdim edilib.
Qeyd edək ki, 6 fevral 2023-cü il tarixində çoxsaylı insan tələfatı və dağıntılarla
müşayiət olunan təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə qardaş Türkiyəyə könüllü
humanitar dəstək tədbirlərinin göstərilməsinə başlanılıb. Bu nəcib çağırışa yüzminlərlə
vətəndaş, müxtəlif dövlət və özəl müsəssisələr, o cümlədən vətəndaş cəmiyyəti institutları
qoşulublar.
“AzerGold” QSC faciə ilə əlaqədar qardaş Türkiyə dövlətinə və xalqına, o
cümlədən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir,
yaralananlara şəfa diləyir, dağıntılar altında qalmış insanların tezliklə xilas olmasını,
zəlzələnin nəticələrinin qısa zamanda aradan qalxmasını arzulayır.