Ağır çəkili maşınların hərəkətinə belə icazə veriləcək
İri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazənin verilməsində "bir pəncərə" prinsipi tətbiq ediləcək.
Bu, “Avtomobil nəqliyyatı” və Dövlət rüsumu haqqında qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə görə, xüsusi icazənin verilməsi üçün daşıyıcı yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ediləcək.