Klinik psixoloq Şahanə Naxçıvanlı: "Borclardan niyə qurtula bilmirik?"
Bu gün cəmiyyətin qlobal probleminə çevrilən borclar haqda danışmaq istəyirəm. Bir çox insan artıq yorulduğunu, daim borc ödədiyini, nə etsə də, yaxasını qurtara bilmədiyimi deyir.
Mən isə bu məsələnin psixoloji tərəfinə toxunmaq istəyirəm.
Adətən hər zaman borclu olan insanlar kiçik vaxtdan bəri ailədə çox yüklənən, bir çox əziyyətləri öz üzərinə götürən, yəni çiyinlərində yük hiss edən insanlar olur. Buna görə də fərqində olmadan borc psixoloqiyasına daxil olmuş olurlar.
Fikir vermisinizsə bu insanlar borcun birini bitirən kimi yeni borc edirlər. Bir tərəfdən borcularını ödəsələr də, digər tərəfdən kreditə girmiş olurlar. Çünki özləri də hiss etmədən borc psixologiyasını özləri ilə daşıyırlar.
Bəs nə edə bilərik?
Təbbi ki bunun həlli mümkündür. Ancaq əvvəlcə borclardan əziyyət çəkən hər kəs özünə bu sualları verməlidir..
Niyə azad ola bilmirəm?
Niyə daim yüklü hiss edirəm?
Çiyinlərimdə hansı yüklərlə böyümüşəm?
Çünki yaşadığımız hər bir şey düşüncəmizdən yaşadığlarımızdan irəli gəlir. Daha sonra isə psixoterapiya ilə düşüncələrimizdə borc psixoloqiyasından azad olmalıyıq ki, bunu reallıqda da geçəkləşdirə bilək.
Əlaqə nömrəsi: (077) 309 00 85