Klinik psixoloq Şahənə Naxçıvanlı: "Daha çox xanımlar bu problemlə müraciət edirlər"
Ailə qura bilməyən gənclər, xüsusən də xanımlar bu gün cəmiyyətdəki ən çox rastlanan, özümün də ən çox pasientlərlə işlədiyim bir mövzu: yaşım ötür lakin, ailə qura bilmirəm. Daha çox xanımlar bu problemlə müraciət edirlər.
Bəs bunun səbəbi nədir?
1. Uşaq ikən şahid olduqları,
2. Valideyn münaqişələri,
3. Ananın daim qızının yanında atadan şikayət etməsi,
4. Atanın kobud rəftarı,
5. Nəsillərdən gələn yalnış inanclar,
6. Azadlığımı itirəcəm qorxusu,
7. Taciz və s.
Bütün bu inanclar ən çoxda xanımlarda ailə qurmağa qarşı şüuraltı olaraq qorxu yaradır.
Bu inancları daşıyan biri daim ailə qura bilməyəcəyi insanlarla rastlaşır.
Bu necə olur?
Çox vaxt evli insanlarla münasibət qurmaq,
məsafə problemi, özlərindən yaşca kiçik və ya böyük insanlarla qarşılaşma, xəyanət görərək ayrılma kimi hallar olur. Yəni, durmadan ailə qurmağa əngəl olan problemləri həyatlarına cəzb edirlər. Çünki şüuatlı olaraq evliliyə hazır deyillər.
Lakin bir çoxu bunun fərqində olmadığı üçün bunu qismət adlandırırlar. Biz mütəxəsislər isə bu inancları tapıb aradan qaldırır və pasientin istədiyi həyatı yaşamasına dəstək oluruq.
Əlaqə nömrəsi: (070) 309 00 85