Səbinə Xasayeva Lökbatanda bir qrup vətəndaşı qəbul edib - FOTO
Noyabrın 15-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının inzibatı binasının qəbul otağında bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların müraciət və təkliflərini dinləyib.
“İki sahil” xəbər verir ki, vətəndaşlar əsasən işə qəbul olunmalarına, özünüməşğulluq proqramına cəlb edilmələrinə köməklik göstərilməsi, ünvanlı sosial yardım təyin edilməsi, şəxsi problemlərinin həllinə maddi yardım göstərilməsi və digər sosial məsələlərlə bağlı müraciət ediblər.
Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.
Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər, hər belə qəbul və görüşlərin dövlət başçısının vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.