Psixoloq, Yaşam Koçu Züleyxa Əskərova: "İnsan özünü sevmədikdən sonra başqasının onu sevməsi onu tam xoşbəxt etmir"
Sevgi yoxsa pul ?
Əslində sadə sualdı. Bir çoxlarımız bu sualla rastlaşıb və ya tanışının başına gəlib.
Mən özüm necə düşünürəm elə şərh edim, siz də qatılıb - qatılmadığınızı düşünün.
"Məncə" insanın özünü sevməsi əsasdır, insan özünü sevmirsə dünyadakı bütün sevgilər yalandı. Çünki insan özünü sevmədikdən sonra başqasının onu sevməsi onu tam xoşbəxt etmir. Pul da həmçinin, insan istədiyi işdən, istədiyi yerdə, istədiyi qədər pul qazana bilər. Bu onun əlindədir. Siz əgər bir insanı həyatınıza daxil etmək istəyirsinizsə, fikir verməli olduğunuz daha önəmli hallar və hadisələr var. Siz əgər sadəcə sevgi və ya pula görə insanı həyatınıza daxil edirsizsə, bir müddət sonra sizdə anlayacaqsız səhv etdiyinizi, seçdiyimiz insanların əsas yanımızda olmaları, qayğımıza qalmağı, bizi anlamaları, birlikdə maraqlı vaxt keçirməyimiz, hər zaman hörmət etmək, kifayət edir ki, biz eyni
"dili" danışa bilərik. Zaman keçsə də insanda hisslərində, fikirlərində heç bir dəyişiklik olmur. Çünki zamanla dəyişmirik, sadəcə gerçəklər ortaya çıxır. İlk öncə özünüzü sevin, sonra görəcəksiniz ki, bütün dünya sizə sevgini gətirir.
Əlaqə nömrəsi: (055) 774 50 53