“AzerGold” QSC tərəfindən Daşkəsəndə yenidən qurulmuş minifutbol, voleybol- basketbol meydançaları istifadəyə verilib
24-28 oktyabr tarixlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC)
tərəfindən Daşkəsən rayon məktəbləri arasında Vətən müharibəsi şəhidi Rauf
Əsgərovun xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib.
Daşkəsən Gənclər və idman idarəsinin təşkilati dəstək göstərdiyi turnirdə
Daşkəsən rayonunun 2009-2011-ci il təvəllüdlü şagirdlərindən ibarət 6 məktəb
komandası – İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəb, Anar Mürsəlov adına
2 nömrəli tam orta məktəb, Səməd Vurğun adına 4 nömrəli tam orta məktəb, Zahir
Bağırov adına Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbi, Mikayıl Mustafayev adına
Bayan kənd tam orta məktəbi və Əli İsmayılov adına Quşçu kənd tam orta məktəbinin
komandaları iştirak ediblər.
28 oktyabr tarixində QSC-nin törəmə cəmiyyəti – “Daşkəsən Dəmir Filiz” MMC-
nin balansında olan minifutbol, universal voleybol-basketbol meydançalarının
yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə təşkil edilən turnirin
final qarşılaşması çərçivəsində sözügedən meydançaların rəsmi açılışı olub.
Final qarşılaşmasından əvvəl “AzerGold” QSC-nin kollektivi Gəncə Şəhidlər
Xiyabanında şəhid Rauf Əsgərovun məzarını ziyarət edərək, üzərinə əklil və gül
dəstələri qoyub, mərhumun xatirəsini yad ediblər.
Meydançaların açılış mərasimində iştirak edən “AzerGold” QSC-nin İdarə
Heyətinin sədri Zakir İbrahimov, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd
Abıyev, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov, Gənclər və
İdman Nazirliyinin, həmçinin rayon ictimaiyyətinin nümayəndələri turnirin final
qarşılaşmasını da izləyiblər.
Final oyununda Anar Mürsəlov adına 2 saylı tam ora məktəbin komandası
birincilik əldə edib. Yarışda 2-ci və 3-cü yerlərə isə müvafiq ardıcıllığa uyğun olaraq
Zahir Bağırov adına Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbi və Əli İsmayılov adına
Quşçu kənd tam orta məktəbinin minifubol komandaları tutub.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən “AzerGold” QSC-nin İdarə
Heyətinin sədri Zakir İbrahimov minifutbol turinirinin qaliblərini təbrik edib. Bildirilib ki,
yenidən qurulan meydançaları regionların sosial-iqtisadi inkişafı ilə bağlı cənab
Prezidentin təsdiq etdiyi dövlət proqramlarına uyğun olaraq Daşkəsəndə idmanın
inkişafı, sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin fiziki tərbiyyəsi və asudə
vaxtlarını səmərəli keçirmələrinə töhfə vermək məqsədi daşıyır. Qeyd olunub ki, cənab
Prezident tərəfindən həyata keçirilən sosialyönümlü siyasət nəticəsində bu gün
bölgələrimiz hərtərəfli inkişaf edir, əhalinin rifah halı daim yaxşılaşdırılır, həssas
kateqoriyalardan olan vətəndaşlarımız yüksək qayğı və diqqətlə əhatə olunur. Eyni
zamanda bildirilib ki, gənclərimizin sağlam inkişafı, yüksək vətənpərvərlik ruhunda
tərbiyə olunması üçün mühüm işlər görülür. Vurğulanıb ki, dövlətimizin başçısı
tərəfindən paytaxt Bakı ilə yanaşı, regionlarda istifadəyə verilən müasir olimpiya idman
kompleksləri, beynəlxalq standartlara cavab verən stadionlar ölkə gənclərinin məhz
idmana marağının artırılmasına, Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzunun
daha da yüksəlməsinə gətirib çıxarır. Bu xüsusda Daşkəsəndə açılışı olan yeni idman
infrastrukturu məhz cənab Prezidentin dövlət qurumları qarşısına qoyduğu tapşırıq və
tövsiyyələri əsasında aktiv korporativ sosial məsuliyyət siyasəti həyata keçirən
“AzerGold” QSC-nin bölgədə yaşayan uşaq, yeniyetmə və gənclərin idmana marağının
yüksəldilməsi, ümumilikdə idmanın kütləviliyinin artırılmasına xidmət edir.
“AzerGold” QSC tərəfindən istifadəyə verilən idman meydançalarının
Daşkəsəndə idmanın inkişafına bilavasitə təsir edəcəyin əminliyini vurğulayan
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev minifutbol turnirində iştirak
edən məktəb komandalarının timsalında istedadlı gənclərimizin potensialının üzrə
çıxarıldığını qeyd edib. Əhəd Abıyev QSC tərəfindən rayonda gənclərin inkişafına
xidmət edən bir sıra uğurlu sosial-mədəni layihələrin rellaşdırıldığı, bu layihələrin
rayonun sosial-iqtisadi inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov isə çıxışında
regionalarda minifutbol meydançalarının istifadəyə verilməsinin və mütəmadi olaraq
turnirlərin keçirilməsinin bölgələrdə, o cümlədən Daşkəsəndə minifutbol idman növünün
populyarlığının artmasına təsir edəcəyini diqqətə çatdırıb.
Çıxışlardan sonra miniftubol turnirində qalib gələn məktəb komandaları, həmçinin
“Ən çox qol vuran oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyaları üzrə qaliblər
mükfatlandırılıblar. Qaliblərə turnirin kubok, medal, diplom və xatirə hədiyyələri təqdim
edilib.