Məktəblərdəki müəllim şagird qarşıdurmasının səbəbləri.
Götürsək ki, hər şey evdən ailədən gəlir və övlad ailənin güzgüsüdür, o zaman səbəblərin kökünə varmış oluruq. Beləki uşaqlar çox vaxtı ailədə gördükləri şiddəti , söyüşü nalayiq hərəkətləri özlərinindən zəif olana tədbiq edərək özlərini bir növ sübut etməyə çalışırlar.Yeniyetmələr hər zaman diqqət mərkəzində olmağı sevirlər. Kimisi yaxşı oxumaqla, kimisi sözə baxmaqla, kimisi özünü yaxşı aparmaqla özlərinə diqqəti çəkir. Davranış pozuntusu olan yeniyetmələr isə ən asan yola əl ataraq neqativ tərəfdən özlərini "fərqli, güclü, avtoritet olduqlarını" göstərərək diqqət çəkmətə çalışırlar. Bu da təbiiki xoşa gəlməz hallar yaradır. Beləki məktəbdə müəllim, valideyn və şagird arasında bir körpü olmalıdır. Valideyn mütəmadi məktəblə sıx əlaqə saxlamalıdır. Müəllim uşaqla prinsip aparmamalı, şagird isə öz növbəsində həm valideyin həm də müəllim qarşısındakı məsuliyyətini dərk etməlidir. Məktəblərdə bu çür özbaşnaçılıqlar baş verməsin deyə, valideyin hələ baxça yaşlarından uşağını müşahidə etməlidir. Erkən yaşda aqressiyaların qarşısını almaq mümkündür. Mövcud əxlaqi keyfiyyətlər sosial, münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür, deməli hadisənin səbəblərini daha dərində axtarmalıyıq. Nəzərə almalıyıq ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Bir də ki, arxasınca qaçdığımız ali təhsildən savayı, heç olmasa, orta düşüncə və ibtidai mədəniyyət olmalıdır. Yəni təlimi tərbiyə ali savaddan öndə olmalıdır.
Ümumi olaraq davranış pozuntularının səbəbləri:
Diqqət çəkmək,
- Valideynlərə qarşı güc qazanmaq istəyi,
- İntiqam almaq arzusu,
- Yetərsizlik.
Davranış pozuntusu olan uşaqlarla ünsiyyət necə qurulur?
- Qarşılıqlı hörmət,
- Uşağa zaman ayırmaq,
- Cəsarətləndirmə,
- Sevgini ifadə etməklə uşaqlarınızla ünsiyyət quraraq onları motivə edə bilərsiniz
Ruhiyyə Rüstəmova.
Ailə və Uşaq psixoloqu. Məşhur və ən yeni metod olan Кросс-Коучинг (Cross-Coaching) - çətin tərbiyyə olunan yeniyetmələr və onların valideynləri ilə iş metodunun ilk təlimçisi.
(+994) 70-204-02-07