Qarabağa gedənlərin sayı AÇIQLANDI
Mart ayının 1-dən bu günə qədər Şuşa və Ağdama səfər edən sərnişinlərin sayı 1644 nəfər olub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərə 36 müntəzəm avtobus reysi təşkil edilib.