Uşaq evində valideynlə dava edən tərbiyəçi işdən çıxarıldı
Sosial şəbəkələrdə və bəzi saytlarda tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı görüntülər yayılıb.
Hadisənin baş verdiyi Xətai rayonunda yerləşən 3 saylı uşaq evindən bildirilib ki, tərbiyəçi köməkçisi uşağı vurub, valideyni bundan xəbərdar olduqdan sonra aralarında insident baş verib.
Bildirilib ki, artıq sözügedən tərbiyəçi işdən çıxarılıb.