ERMƏNİ BƏLASI
Erməni bəlası - erməni məsələsi nədir? Əsrlərdən bəri dövrəmizdə, başımızın üstündə bir kabus qaraquş kimi dolaşmaqdadır. Bu əhriman – ərməni məsələsidir.
Həqiqi tarixi məlumatlar göstərir ki, “erməni məsələsi”, süni şəkildə yaradılmışdı, əslində insanlığın əleyhinə yönəldilmiş siyasi termindir. Bu məsələ dini zəmində siyasi arenaya atılmış anlaşılmazlıq, qarşıdurmadır. Əsasən son əsrdə bu məsələ etnik-dini zəmində şişirdilir.
Tarixi qaynaqlar göstərir ki, “erməni” sözü ilk dəfə - XVI-XVII əsrlərdə monastr ordeninin adı kimi, latın dilli ədəbiyyatda işlədilir (Петр Алексеев. Церковнославянский словарь XVIII—XIX веков, Парижское издание христианских монашеских орденов 1680 года). “Ərməniyə” və ya “Armeniya” coğrafi toponimdir. Bu toponim latın mənşəli ədəbiyyatda əsasən Mesapatomiyanın şimal və Kiçik Asiyanın şərq dağlıq bölgələrinə aid edilirdi. Armeniyanın müəyyən coqrafi sərhəddi yox idi
Erməni Kilsəsi adına yalnız Avropa mənbələrində XVII əsr sənədlərində rast gəlinir (F.Brokqauz və İ.Efron “Ensiklopedik lüğət”, (c.1, S.p. 1800), Aykazyan, “L’histoire de l’Arménie”, Paris, 1919). O dövrdən qabaq Yaxın Şərqdə kiçik avtokefal kilsələr mövcud idi. Bu kilsələrin rahiblərinin (monaxlar) adları onların xristianlığın müxtəlif qollarına mənsub olduqları adlarla hallanırdı: nestorius, nazarenes, jacobites, carmelites və s. Avtokefal kilsələr məzhəb deyil, bir çox hallarda bir-birini inkar edir, xalqları, mədəniyyətləri bir-birinə qarşı qoyurdular. Avtokefallıq bu mənada əslində dini və insani dəyərləri hansısa keşişlərin hökmranlığına qurban verməkdən ibarətdir.
XVI-XVII əsrlərdə orta əsr Avropası Yaxın Şərqdə ağalığını qurmaq üçün bu ərazilərə öz missionerlərini göndərirdi. Məqsəd eyni zamanda Avropa hökmdarlarına rəqib sayılan Osmanlı imperiyasını arxadan vurmaq idi. Missionerlər Osmanlı imperiyası və Azərbaycan Səfəvi dövlətinin ərazisində olan avtokefal (müstəqil) kilsələri, xırda xristian icmalarını öz təsiri altına salmaq və Vatikana tabe etmək idi. Bu dini icmaların əcdadı yerli xalqlar: türklər, kürdlər, aysorlar, haylar və s. idi. Onların dini ayinlərində (məsələn bəziləri xaçı soldan sağa, bəziləri isə sağdan sola çəkirdilər), dilində, kilsə əlifbalarında fərq var idi. Onları avropa missionerləri latın mənbələrində XIX əsrdən bəri ermənilər adlandırılmağa başlamışdılar. XIX əsrə kimi erməni yalnız dini icmalara və qruplara deyilirdi. Bu dövrdən qabaq nə erməni xalqı nə də belə xalqın nümayəndəsi kimi erməni anlamı olmamışdur (F.Brokqauz və İ.Efron “Ensiklopedik lüğət”, (c.1, S.p. 1800), Aykazyan, “L’histoire de l’Arménie”, Paris, 1919. В.Л.Величко. "Кавказ" (1886-1895) Об армянах, Соловьев С.М. История России с древнейших времен. Москва, 1963,кн.IX, тт.17-18, с.373, Экозьянц Ф.В. Исраэл Ори. Ларец Пандоры. Книга 1: Персия. — М.: Издатель Воробьёв А.В., 2020. — 192 с. ISBN 978–5–93883–413–2).
Erməni-haylar Qafqazın aborigen (yerli) əhalisi deyil. Onlar buraya gətirilmişlər. Onların Qafqazda yerləşdirilməsi haqda ilkin məlumatlar XVII-ci əsrin əvvəllərinə aparıb çıxarılır, bəzən isə rus çarı I Pyotrla əlaqələndirilir. Bu belədirmi? Qaynaqlara müraciət edək.
Rus tarixçisi S.M.Solovyov I Pyotrun Qafqaz və Xəzər dənizi ilə bağlı apardığı siyasəti belə açıqlayır: Böyük Pyotr hələ Şimal müharibəsini apardığı dövrlərdə (Baltik dənizi ətrafında
yaşayan xalqlarla, ən əsasda İsveç kralı XII Karlla) Şərqdən (Xəzəryanı ölkələrə, əsasən Bakı və Bakı ətrafına) xüsusi diqqət yetirirdi. Bu dövrdə Almaniya tərəfdən gəlmiş bir keşiş (əslində avropalı xristian missioneri İsrail Ori) Böyük Pyotrun müsafiri olur. Keşiş Litva tərəfdən gəlmişdi, özünü Bavariya hakiminin elçisi kimi təqdim etmişdi. Keşişin acı gülünc doğuran mülahizələrinə fikir verək. Keşiş Persiyada (həqiqətdə Azərbaycanda) yaşayan erməni başçıları ilə plan hazırlayıblar ki, “persiya” zülümündən həmtayfa üzvlərini azad etsin. Sual olunur: Niyə “persiya” zülümündən, “türkiyə” zülümündən yox? Axı, sonralar erməni terroru əsas hədəf kimi Türkiyəyə qarşı yönəlmişdir. Keşiş böyük bir imperiyanın adil hökmdarına ucuz yalanlar satır: Şamaxı, Dərbənd, Şuşa, İrəvan və s. böyük əksəriyyətlə ermənilərdən ibarətdir. Keşiş Böyük Pyotra xəritə təqdim edir. Bu xəritənin mərkəzində əsas alınacaq qala kimi İrəvan göstərilir.
Böyük Pyotr öz növbəsində Qafqaza (əsasən Azərbaycana) tacir libasında casuslar göndərməkdə davam etdi. Bu vaxtlar İstanbulda, Sultanın sarayında Böyük Pyotrun səfiri geniş fəaliyyət göstərir: səfir kimi və casus kimi. Aydın olur ki, gələcəkdə Bakı, Xəzəryanı geniş ərazi tutulmalı, burada xristianlardan, əsasən də ermənilərdən ibarət əhali ilə məskunlaşdırılmalıdır. Bununla məsələ bitmir. Tutulan ərazi səylə genişləndirilməli və Türkiyənin sərhədlərinə çatdırılmalı idi.
Əslində şişən Rus İmperiyasının ərazi iddiaları daha böyük idi. Rus İmperiyası cənubda üç dəniz: Xəzər dənizi, Qara dəniz və Egey dənizi hövzələrində istilalar aparılmasına, irqiçilik siyasəti yeridilməsinə meylli idi.
Orta əsrlər tarixinə vardıqda görmək olar ki, Yaxın Şərqdə Qərbi Avropa dövlətləri hökmranlıq siyasəti aparır, dini fanatizm zəmində xalqlar arasında ayrı-seçkilik, qarşıdurma yaradırdı. Halbuki burada olan dinlər: islam, xristianlıq, iyudaizm bu siyasətin əslində kökündən əleyhinə idi, lənətlənmiş şeytan əməli hesab edilirdi.
XİX əsrdən başlamış tarixin müxtəlif dövrlərində güclü hökmdarlar və sərkərdələr qarşısında (buraya rus çarını, məşhur sərkərdə Suvorovu, Almaniya kansleri Bismarkı, “antixrist” Hitleri aid etmək olar) erməni kilsələri ya iftiralar, yalanlar dolu çuğulçuluq edir, ya da Qriqoryan kilsəsini terror mərkəzinə çevirirdilər.
Bəşər tarixində XX əsrdə baş vermiş ən dağıdıcı I və II Dünya müharibələri bir-biri ilə savaşan Avropa dövlətləri: Almaniya və Rusiya, Rusiyanın daxil olduğu Antanta dövlətləri: Fransa, İngiltərə, Amerika Birləşmiş Ştatları (ABŞ) Yaxın şərqdə və Qafqazda erməni terrorizmindən bir alət kimi yerli əhaliyə, xüsusən də Türkiyənin əhalisinə qarşı istifadə etmişlər.
Eldar Qafarov